Страницы

07.04.2017

Gəzən məzənnə

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -63

Elxan Zaman: İndiyə qədər İran bircə dəfə də olsun deməyib ki, Azərbaycan İrana birləşməlidir, halbuki Azərbaycan məhz Rus-İran müharibəsində Rusiyaya qatılıb. Xameneyi bu yaxınlarda açıq mətnlə dedi ki, hər bir müsəlman ölkəsi özü öz modelini qurmalıdır, bizim model isə müstəsna olaraq bizə aiddir... Deməyim odur ki, İran İslam Respublikası bir qonşu dövlət kimi heç vaxt Azərbaycana iddia etməyib, etmir, etməyəcək də... Ancaq Türkiyədən dəfələrlə belə fikir və təkliflər gəlib ki, Azərbaycan Türkiyənin tərkibinə keçməlidir.
Ağalar Qut: Türklərin gəlib bizi xilas etməsi “faktı”- son illərin siyasi sifarişidir. Yeni açılan arxivlər bunun, ən azından, mübahisəli olduğunu göstərir.
Zahid Mikayılov: Putin dünyəvi liderdir. Onun alternativi demək olar ki yoxdur.
Ceyhun Salahov: Sorğu keçirsən, Azərbaycanın yarıdan çoxu yenidən ruslarla birgə yaşamağı seçər.
Tərana Əliyeva: Sovetin dağılmasına sevinənlər nə əldə etdilər? Qəti və son fikrim ancaq və ancaq Rusiya ilə birləşib yaşamaqdır, vəssalam. Yoxsa millətin axırıncı ağlı da pantürkizmlə yox olacaq, vəhşiləşdirmə prosesi sürətlənəcək. Millət olan-qalan üzünü də itirəcək. Savadsızlıq, cəhalət bürüyüb, səfalət gəlib qapılarımıza... Rusiya bu məmləkətin son nicatıdır!
Afiq Əliyev: Əgər mən o hökumətdən, o, dövlətdən bir qara qəpiklik xeyir görmürəmsə, neynirem onu?! Bu gün mənə ac qarına pafoslu danışmaq yaraşmır. Dövlət, vətən, bayraq, yalançı şüarlar deyənə kimi evdə uşaq adamın üzünü cırır ki, pampers al, nə al, nə al, öskürürlər dərman al. Nəynən? Ona görə də buradan hörmətli cənab zati-aliləri Putinə səslənirəm ki, gəlsin bizi bu bəladan qurtarsın! Ən azından sərhədləri açsın ki, rahat gedib-gələk bərəkətli Rusiyaya.
Samir Tağıyev: Putin öz ölkəsində yaşayan bütün insanları ayrı-seçkilik eyləmədən yaşadır. Bu insanın qədrini bilmək lazımdır. Çünki keçmiş MDB ölkələrini bir araya gətirə bilən Uca Allahın kömək elədiyi yeganə Böyük Şəxsiyyətdir.
Qlobal Oyunçu: Kredit götürən şəxs özü də bilmədən sionizmə xidmət edir və İsrailin mövcud olmasına öz töhfəsini vermiş olur.
Zaur Musayev: Çox qəribədir, danışıq dilimizdəki sözlərin bəlkə də 70-80 faizi ərəb-fars mənşəli sözlərdir, lakin buna baxmayaraq dilimiz türk dili adlanır))
Fidan Əhmədova Fəradi: Mən qorxuram ki, Türkiyə yenidən Osmaniyyə İmperiyası kimi ərəbləşməyə başlasa, yenə də Azərbaycanın üstünə qoşunla hücum çəksin. Necə ki Osmaniyyə İmperiyası Şah babamızın qurduğu Qızılbaşlar dövlətinə hücüm çəkmişdi.
Rina İşıq: Tarixi heç vaxt heç bir zaman düz yazmayıblar, taa tarix yazılamağa başladığı gündən. Bütün Yer üzündə. Tarix kimlərinsə, böyük qüvvələrin sifarişi ilə tarixçilərin uydurmalarından, nağılarından ibarətdir. Tarixşünaslıq kimlərinsə, hansı ölkələrinsə siyasi mövqeyinə xidmət edir. Faktları istədikləri kimi dəyişir, özlərinə lazım olan yanaşmaları verirlər.
Bəhruz Camal: Bayaqdan AzTv-yə baxıram. Bu Azərbaycan deyilən çiçəkli ölkə haradır belə? Ora miqrant kimi qəbul edərlər bizi görəsən? Sən demə Azərbaycanda hamıya təzə tikilmiş təmirli binalarda mənzillər verilirmiş. Gənc ailələrin ev sahibi olması üçün münasib kredit şərtləri mövcud imiş.
Zərdüşt Əlizadə: Elçibəyin tezisləri çox gülünc və arxaik fikirlərdir.
Vüqar Aslanov: Suriyada Ruslar tərəfindən əsir götürülmüş əfqan milliyyətindən olan “müxalifətçinin” dindirilməsi zamanı məlum olub ki, o özünün Fələstində olduğunu və İsrailə qarşı döyüsdüyünü hesab edirmiş.
İlham Əlisoy: Dostluğumdakı bəzi emrikan cocuqlarının acığına bu statusu yazmağı özümə vacib bildim: Yaşasın İran İslam İnqilabı! Merg ber Emrike! Merg ber emriken cocuqları!
Adil Huseynoğlu: Bu gün çörəyi Amerika-İsrail ittifaqından çıxan “azərbaycanlılar” muzdunu çerez Türkiyə aldıqlarına görə Türkiyənin xəyanətlərinə göz yumub onu tərifləməyə məcburdurlar.
Vüqar Cəmali: Azərbaycan fahişələrin əlində girinc qalıb, milləti də fahişəliyə sürükləyirlər şərəfsizlər.
Fərhad Həsənzədə: Kommuniuzm Rusiyanı xışdan götürb kosmosa qədər qaldırdı, türkçülük Türkiyəni Qərbdən asılı vəziyyətə salıb, daxili müharibələrə və siyasi sarsıntılara gətirdi. Müqayisə olunmaz ideologiyalardı.
Müttəqi Bərməki: Azərbaycanlı, vətənpərvər olmaq üçün meyar Azərbaycana olan məhəbbətlə yox, Türkiyəyə, Osmanlıya olan məhəbbətlə ölçülür. Türkiyə maraqlarına görə Azərbaycanı satmaq, Azərbaycana xəyanət edənləri qəhrəman kimi təqdim etmək vətənpərvərlikdir.
Orxan Həbibon: Bəziləri var e deyir ayəəə separatistlik elləməyin. Bu vətən Rəsulzadənin əmanətidi filan. Ay savadsızlar, Rəsulzadə bu dövləti qurmamışdan əvvəl bu ərazi Rus imperiyasının tərkibində deyilmiydi? Rəsulzadə kim idi ki özündən amerika kəşf edib dövlət qursun? Ona bu ixtiyarı kim vermişdi? Rus imperiyasının İrandan qan bahasına aldığı torpaqlarda dövlət qurmağı kim ixtiyar vermişdi Rəsulzadəyə? Onun etdiyi açıq-aşkar separatizm deyildi bəyəm?
Şəmistan Qəzvini: Tarix boyu Azərbaycanla ən çox müharibə aparan türklər, daha doğrusu Osmanlı olub. Şəhər və kəndlərimizi xaraba qoyub qarət ediblər, qız və gəlinləri əsir edib aparıblar və s. Bu gün o Osmanlıya bəraət qazandıranlar Azərbaycan xalqının bir nömrəli düşmənləridir, onlara münasibət də müvafiq olmalıdır.
Pərvin Cəfərzadə: Manata üzən məzənnə kimi deyil, pozğun qadınlar tək, gəzən məzənnə kimi baxıram.
Doktor Əli Şəriəti: Mən iyirminci əsrin ikinci yarısında olduğum üçün çox sevinirəm, əgər on doqquzuncu əsrdə olsaydım, burjuaziyanın iyirminci və iyirmi birinci əsrdə yer üzündə qurmaq istədiyi cənnət üçün axmaqca şüarlar səsləndirərdim. 
Nadir Qocabeyli: Xahiş edirəm, yazdığım statuslara əlavə izahat istəməyin. Lazım biləndə özüm ətraflı yazır və izah edirəm. Özünüz başa düşməmisinizsə, izahatın xeyri olmayacaq. Ola bilər ki, zamanla anlarsınız, ya da heç vaxt anlamayacaqsınız...
Həsən Həsənzadə: Rusiyada dayanacaqlarda o qədər gözəl qızlar var, ama bir dənə maşın görməzsən ki, gəlib saxlayıb həmin qıza patxod etsin. Və ya bu qədər maşın var, amma bir dənə siqnal səsi eşitməzsən. Niyə bizim camaat elementar işlərdə belə, ruslardan geri qalıb?! 2 aydır Moskvadayam, cəmi bir dəfə hansısa bir maşının qıza saxlayıb patxod etdiyini görmüşəm, o da azəri çıxıb.
Elçin Məmmədov: İranda mənə farslar tanımıya-tanımıya çox hörmət və kömək elədilər. Taksiyə otuzdurdular, apardılar otellərin yanına, pulumu da verdilər. Ayaqqablarımı oğlu daşıyırdı. Voobşem, mən dəhşətə gəlmişdim.
Tohid İbrahimbəyli: Niyə gərək neft yataqları üstündə yatan xalq acından ölsün?
Fərid Cəfərov: Azərbaycandan Türkiyəyə çörək qazanmaq dalıyca gedən adamların sayı barmaqla sayılacaq qədərdi, amma Türkiyədən bura gəlib bizim məhdud sayda olan iş yerlərimizə sahib çıxıb bizdən dəfələrcə çox maaş alan türklər var.
Bəhram Abdullah: İran haqda yalan və iftiralarda ən çox Türkiyəyə meylli millətçi və pantürklər canfəşanlıq edir. Elə o vaxtdan, 90-ci illərin əvvələrindən böyük güclər və sionistlərin göstərişi ilə Elçibəy və onun komandası tərəfindən, camaatı müxtəlif yollarla Türkiyəyə meylləndirmək xətrinə İran və həqiqi möminlər əleyhinə nifrət və düşmənçiliyin əsası qoyulub. Təəssüf ki, bu kin-küdürət bu vaxta kimi davam edir.
Vüsal Hətəmov: Çin Suriyaya 30 000 000 (milyon) dollar yardım edib. İndi bütpərəst, cəhənnəmlik, kafir Səudiyyə şeyxləridir, yoxsa çinlilər?!
Qəmlo Əsədullah: Türkiyə Azərbaycanda İsrailin bir əlidir.
Rəhim Həsənli: Hələ 1918-də də osmanlılar “Bakını xilas edəndə” 35 min azərini qətlə yetirdilər. Sualım budur: bəs düşmən necə olur?!
İlqar Fəhmi: Nə vaxtacan qələm sahiblərimiz “filankəs filankəsi belə ittiham etdi”, “filankəs filankəsə belə cavab verdi”, “filankəsin arvadı ona xəyanət elədi”, “filankəsin yatağından filankəs çıxdı” kimi “bomba yazı”lara enerji sərf edib, ziyalı mühitin şüurunu zəhərləyəcək? Niyə bizim yeniyetmələr qəhrəmanlığı “Spaydermen”lərdən, ağıllı olmağı “Meqamozq”lardan, vətən sevgisini “Vilyam Volos”lardan, poetik ruhu “Kələbək röyaları”ndan, cəngavərlik şərəfini “Ceday”lardan öyrənməlidi?
Qurban Cəbrayıl: ABŞ-İsrail cütlüyünün sürətlə silahlanması bütün dünyaya təhlükədir. Onlar vuruşmağa yox, vuruşdurmağa çalışırlar.
Babək Tağıyev: Prezident Aparatında işləyənlərin əksərinin uşağı “Araz”-ı qurtarıb, rəislərin, prokurorların, məhkəmələrin uşaqları da həmçinin.
Əfqan Eldaroğlu Quliyev: Lələ Təpədən sonra qozun ləpəsi 32 manat olub!
Rəfail Ağayev: Ruslar, bizdən fərqli olaraq ekranda da həyatda olduqları kimidirlər...
Sadiq Ibrahimov: Rusun sayəsində azərbaycanlı alimlər, həkimlər, hətta kosmanavtlar da yetişdi. Türkiyə bizi işğal etsəydi, olsa-olsa azərbaycanlını Şabanın hansısa kinosunda massovka kimi götürəcəkdilər.
El Nur: Mənim fikrimcə, biz Rusiyaya yaxın olmalıyıq. Həm inkişaf üçün, həm iqtisadi vəziyyətin yüksəlişi üçün. Bizimki üz tutub Qərbə, Amerikaya, o da bizim nefti soyur, böyrü üstə qoyur. Günü gündən zəifliyirik. Camaat facebook-da ancaq yardım paylaşır, səhiyyə zəif, təhsil sıfır. Ancaq öz gücünə təhsil almalısan öz pulunla. Məsələn, baxıram Türkmənistan, Özbəkistan Rusun müttəfiqidi. Hamısı da normal yaşayır. Vəziyyət acınacaqlıdı.
Ramin Qardaşxanov: Mənə maraqlıdır ki, bizim telekanalizasiyalarımız şərq filmlərini niyə göstərmirlər? Ancaq Avropa və Amerika filmləri nümayiş olunur. İran kinomatoqrafiyaçılarının çəkdiyi filmlər hər zaman dünyada mükafatlar alır, heç olmasa həftədə bir dəfə göstərsələr, başlarına daş düşər?! İstər dini mövzuda, istərsə də dünyəvi mövzuda çox gözəl filmləri var.
Vaqif Rəsulov: Turqut Özalın (“rəhmətlik” Malatiya genelevində ABŞ əsgərlərinə “tərcüməçilik” ilə “siyasi fəaliyyətinə” başlamışdı) vaxtında Türkiyənin inkişaf etməyə başlaması da, ABŞ tərəfindən hazırlanmış plan olub, SSRİ-nin “sökülməsi” və xüsusilə türkdilli respublikaların Türkiyəyə cəzb edilməsi prosesinin “infrastrukturasının” təşkil edilməsinə xidmət edirdi.
S. Nuriyeva: Valideyn uşağın yanında hər gün məktəb direktorunu, zavuçu, müəlliməni söyür, amma Sovet dövründə müəllim ən şərəfli insan idi, kənd soveti də müəllimin qabağında dik dururdu.
Rəhim Qəribov: Hakimiyyət xalqa həmişə süni sifətini, süni gülüşünü göstərib.
Zeynəb Cəfərli: Başa düşə bilmirəm ki, rus kopolu bu millətə nə pislik edib?! Motal papaqdan norkaya, eşşəkdən jiquluyə, cahillikdən elmə, savada, yeraltı komalardan ikimərtəbəli evlərə, çıraqdan İliç lampasına keçirib də! Pislik ediblərsə, başlarına gəlsin! İndi də millətin yarıdan çoxu Rusiyanın hesabına dolanır. Burda iş tapa bilməyən, baş götürüb gedir ora ki, ailəsini dolandırsın. Ta nə istəyirsiniz, bu kopəkuşağından?!

Комментариев нет:

Отправить комментарий