Страницы

03.04.2017

Sovet dövrü. İsti, sakit yay günortalarından biri. Nəşriyyatın həyəti və həyətdə divar kölgəsində mişar daşı üstündə oturub mürgüləyən əlarabaçı Hüseyn, vəzifəcə özündən artıq hesab etdiyi elektrokar sürücüsü Rəfaildən tənbəl-tənbəl soruşur:
-Qədeş, dünən radyoda didilər ki, bu gün xəzri olaceg. Alə, gilavar oldu ki...
Rəfail Hüseynin üzünə baxmadı. Elə yarımürgülü mızıldandı:
-Alə, mən radyoda işdiyənnəri yaxşı tanıyıram. Hamsı rayon uşağlarıdu.  Alə, olar ne bilir xəzri  nedü, gilavar nedü.

Комментариев нет:

Отправить комментарий