Страницы

08.05.2017

Azərbaycan Kürdüstanla müqavilə imzaladı

İraq Kürdüstanının paytaxtı Erbildə "Yaxın Şərq-2017" turizm sərgisi başa çatıb. Sərgidə başqaları ilə yanaşı Azərbaycanın turizm sektorunun nümayəndələri də iştirak ediblər. Virtualaz.org bildirir ki, bu barədə Kürdüstanın KİV-i məlumat yayıb.
Məlumatda deyilir ki, Azərbaycan Kürdüstanla turizm sahəsində qarşılıqlı əməkdaşlıq haqda müqavilə imzalayıb. İnformasiyaya əsasən, sərginin gedişatında Azərbaycandan, Ermənistandan, Ukraynadan, Belarusda, Böyük Britaniyadan və region ölkələrindən olan şirkətlərlə 230 razılaşma imzalanıb. Bununla belə, sərgidə iştirak etmiş və yeni müqavilələr imzalamış Azərbaycan şirkətlərinin adları göstərilmir.
İraq Kürdüstanının baş naziri Neçirvan Bərzani sərgidə çıxış edərək bildirib ki, onun hökuməti Kürdüstanda turizmi inkişaf etdirmək niyyətindədir və 100 bu hədəflərə milyon dollar vəsait yönəldəcək. Onun sözlərinə görə, keçən il Kürdüstana 1,6 milyon turist baş çəkib və onların əksəriyyət region ölkələrinin vətəndaşları olub.

Комментариев нет:

Отправить комментарий