Azərbaycana hər cür zərər vermiş, amma öz günahlarını və cinayətlərini başqaların üstünə atmış antisovetçi əbülfəzçi-məmmədəminçi qaraguruha daha bir faktla zərbə...
"Sovet bizi qırdı", "Rus bizi qırdı" yalanları hələ də dillərindən düşmür.
Baxın, bizim ərazi bütövlüyümüz üçün həlak olmuş daha bir rus. Özü də Rusiya rusu.
Podpolkovnik Oleq Larionov Rusiyanın uzaq İrkutsk vilayətindən idi, Sovet ordusunun tərkibində Qarabağda, Ermənistanla sərhəd bölgələrdə Azərbaycanı və xalqını qoruyurdu. Qazaxda ona "Qazax kombatı" deyirmiş camaatımız. Laçın-Şuşa bölgəsində də xidmət edib. Daşnaklar başına o vaxtın pulu ilə 10 min rubl kəsiblərmiş. Bəlkə İsa Qəmbərin hansısa qohumunun başına pul kəsib erməni faşistləri? Xeyr! Amma o Sovet-Rus zabitinin başına kəsib.
1991-ci ildə SSRİ-nin təkcə adı qalmışdı, məzmununu Qorbaçov dəyişmişdi, amma rəsmi dağılana qədər Sovet hərbçiləri Qarağda azərbaycan xalqını qoruyurdu. Və Azərbaycan xalqının təhlükəsizliyi, həyatı üçün canının vermiş çox sayda Sovet (Rus) hərbçi var, lakin uzun illər boyu onların adını heç kim çəkməyib. Yənı bu qədər nankorluq eləmişik. İndi son vaxtlar bunlar haqda nəsə yazmağa başlayıblar. Gec də olsa.
Salatın Əsgərovanı hamınız tanıyırsız yəqin. Bəs Oleq Larionovu? Salatın Əsgərovanı həmin gün podpolkovnik Oleq Larionov, Laçın hərbi komendaturasının ştab rəisi mayor İvan İvanov və sürücü serjant Qayek müşahidə edib. Daşnaklar Laçın-Şuşa yolunda onlara hücum edir. S.Əsgərova, İ.İvanov və sürücü Qayek elə ilk güllələrlə öldürülür. Oleq Larionov yaralanır, maşından bir təhər düşür, başlayır daşnaklarla atışmağa. Son patronuna qədər atışır, onlara əsir düşmək istəmir. Onu da öldürürlər.
Bu hadisə olur Ayaz Mütəllibovun dövründə.
Salatın Əsgərovanın adı Bakıda, Larionovun Gəncədə və Laçında küçəyə verilir.
Əbülfəz Əliyev həm də Salatan Əsgərovaya Milli Qəhrəman adı verir.
Qarabağın işğal olunmasını bizim öz daxilimizdəki xainlər və parabaş siyasətbazlar öz əməlləri ilə asanlaşdırdılar. Və öz əməllərini gizlətmək üçün uzun illərdi ki, "Sovet bizi qırdı", "Ruslar bizi qırdı" yalanları dillərindən düşmür.
https://www.facebook.com/EcoSocialistsOfAzerbaijan/?fref=nf
Комментариев нет:
Отправить комментарий