Страницы

15.05.2017

Eşqi

Rəşad Novruzov

Nədir anladım məhəbbət, oxudum kitabi eşqi,
Sənə aşiq oldum, ey məh, çəkirəm əzabi eşqi.

Güli gülsitani eşqə demə adi güldü, ğafil,
Ürəfa veribdi canin çəkə bu gülabi eşqi.

O baxır ki hansı eşqin olasan əsiri, məndə
Bilirəm günahi eşqi, bilirəm səvabi eşqi.

Biri var ki eşqə düşmüş, biri var ki eşq yolunda,
Ona söyliyərlər əhsən tapa bilsə babi eşqi.

Mənə də cünun deyirlər, mənim eşqim oldu əfzun,
Hünərin çatır mənimlə aparaq hesabi eşqi.

Rəşad, aşina gəzirsən bu fəna cahanda hərgah,
Əbədi bir aşina seç həmin o Cənabi eşqi.

Комментариев нет:

Отправить комментарий