Страницы

10.05.2017

İcra başçısı Vilyam Hacıyevin 30 min dollarlıq telefonu

Azərbaycanın bəzi məmurlarının dəbdəbəli həyata, bahalı geyim və aksesuarlara aludəçiliyi heç kimə sirr deyil. Bu barədə dəfələrlə yerli mətbuatda məlumatlar dərc edilib.
İmişli rayon icra başçısı Vilyam Hacıyevin maraqlı fotoşəkli yayılıb. Bu fotonu maraqlı edən əsas məqam isə iş otağında çəkilən həmin şəkildə masasının üzərindəki "Vertu" markalı mobil telefondur.
Bu gün ölkəmizdə demək olar ki, mobil telefon istifadəçisi olmayan yoxdur. 100 manatdan 1500 manatadək telefonlar hər birimizin gündəlik əşyasına çevrilib. Ancaq məsələ burasındadır ki, bəzən mobil telefonun bahalığı istifadəçinin statusunu təyin edir. Bu kimi VIP hesab olunan mobil telefon markalarından biri də "Vertu" markasıdır. 
Məsələn, Vilyam Hacıyevin iş masasının üzərində görünən "Vertu Ascent TI" markalı telefonun dəyəri "E-bay" saytında 30.000 min dollardır. Bu, təqribən 50 min manat edir. Müştərinin istəyindən asılı olaraq telefonun korpusuna brilyant qaşlar da düzülə bilər ki, bu da qiymətin 100 min manata kimi qalxmasına təsir göstərir. Həmin telefonu ikinci əldən isə 15-20 min arasında almaq olar. 
Bəlkə də hörmətli icra başçısının masasının üzərindəki telefon onun deyil. Ancaq hər halda, 1000-1500 manat əmək haqqı alan bir məmurun belə fotosunun mətbuatda yayılması özlüyündə sual doğurur. Bütün bunlara isə aydınlıq gətirməli olan şəxs böyük bir rayonun etibar edildiyi Vilyam Hacıyevdir. /icmal.az/

Комментариев нет:

Отправить комментарий