Страницы

15.05.2017

İran İR prezdent seçkilərinin qalibi kim olacaq?!

Əkrəm Hacızadə

Öncə onu qeyd edim ki, Həsən Ruhani, Muhəmmədbaqir Qalibaf və Seyyid İbrahim Rəisi, prezdentliyə real namizədlərdir. Mirsəlim, Haşimitəba və Cahangiri bir növ bu seçkilərdə katalizator rolunu oynayırlar.
1) Həsən Ruhani öncəki prezdent seçkilərində ölkədə iqtisadi vəziyyət, işsizlik probleminin həlli, bahalaşmanın qarşısını almaq və ən əsası nüvə müzakirələri ilə İrana tətbiq edilmiş bütün embarqoların və.s xalqın maddi rifahının həlli üçün verdiyi vədələri yerinə yetirə bilməməyindən əlavə, əks təsir də göstərdi. 60-70 il təcrübəsi olan böyük kiçik zavodlar bağlandı, işsizlik artdı, bahalaşma yarandı, Əhmədinejadın zamanında başladılan yeni evlilər üçün şəhərciklər tikintisinin projesi təxminən dayandı, universiteti bitirmiş vətəndaşlar yetərincə iş yeləri tapa bilmədilər.
Amerika qoyduğu şərtlərin hamısını İran yerinə yetirsə də, Amerika demək olar ki heç bir embarqonu qaldırmadı və sadəcə bir neçəsini əvəzlədi. İranda böyük nüvə enerjisi istehsalının əksər hissəsi dayandırıldı və ya nüvə tədqiqat mərkəzi ilə əvəzləndi. Dəyən istisadi ziyanın digər səbəbi isə ölkə iqtsadiyyatını neft sektoruna bağlamaq təlaşları, idxal edilən neftin pulunun, bank müamiləsində İran embarqoda olunduğundan pul əvəzinə xarici mallar gətirildi. Təbii ki İran Çin kimi istehsal ölkəsi ilə rəqabət apara bilməyəcək gücdə olduğundan bir-bir mühüm zadovlar bağlandı, işsizlik artdı.
Xalq Ruhaniyə artıq "kəzzab" (yalançı), "boş vədlər kralı", "qaçaqmalçı" ləqəbləri verib. Bu arada qaçaqmalçıların başında duran Ruhaninin qardaşı Firiydunu da qeyd etməmək olmaz. Ruhanini pərdə arxası idarə edən bu şəxs, təyin etdiy bank müdirlərinin əli ilə ölkəyə milyardlarla ziyan vurdu. Bir sözlə, Ruhani və ətrafındakı vəzifəlilərin səriştəsizliyi xalqda haqlı narazılıqlar yaratdı. 
Deyəcəksiz rəhbər dillənmir. Əvvəla dəfələrlə ciddi xəbərdarlıq edib və bir çox maliyyə yeyintisi edənlər həbs olunub. Amma bu bəs etmir. Sadəcə xalqı yağlı vədlərlə aldadan Ruhaninin xarici müzakirələrinin qarşısı alınsaydı, deyəcəkdi ki, "mən problemləri həll edirdim, amma rəhbərik tərəfindən buna icazə verilmədi". Bu iddia edilməməsi üçün də rəhbər əvvəldən müzakirəyə mane olmadı, amma dedi ki, "tarix Amerikaya inanmamağı bizə öyrədir, mən bu müzakirənin yaxşı nəticələnəcəyinə inanmıram". Son çıxışlarında da qeyd etdi ki, "xalq müzakirənin öz həyatında hiss olunacaq faydasını görmədi". Hətta Ruhani və XİN-i də Amerikanın əhdinə vəfa etmədiyini dəfələrlə vurğulayıb. Bir sözlə, rəhbərin dedikləri oldu. Rəhbərlik istəyir ki, xalq özü məsələdən agah olsun ki, sonra çaşqınlıq yaranmasın. Çünki xalq Ruhaniyə inanmışdı. 
Artıq xalqın böyük bir hissəsi Ruhaniyə inamını itirib. Məxsusən də ucqar rayonlara Ruhani qorxusundan gedə bilmir...
2) Məhəmməd Bagir Qalibaf İranda az nüfuza sahib deyil və kifayət qədər sevilir. Sepahın hava qüvvələrinin generalıdır, illərlə baş polis şöbəsi rəisi vəzifəsində işləyib və 10 ildir ki, Tehranın meridir. Hamı da bilir ki, işgüzar və yorulmaz adamdır. Qasim Süleymani ilə cəbhə yoldaşı və yaxın dostdur. Olduğu vəzifələrdə ciddi müsbət dəyişikliklər edib. Ətrafında savadlı kadrlar kifayət qədərdir. Bir çox bölgələrdə səs sayında Ruhanidən öndədir. Amma hərbçi ruhiyyədə olduğundan xalqın bir hissəsinin ona qarşı antipatiyası var.
3) İbrahim Rəisinin keçmişi ləkəli deyil. Hətta az qala onun qanına susamış Ruhani belə keşmişindən heç nə dartıb çıxara bilmir. İranda baş prokror, ali məhkəmənin sərdi, xibreqan məclisinin nümayəndəsi və.s böyük vəzifəlrdə olub. Sonuncu vəzifəsinə Rəhbərlik tərəfindən, İmam Rza (ə)-ın hərəminə müdir kimi təyin olunub. Bu vəzifəyə təyin olunandan bəri hərəmin idarəçiliyində əsaslı və ciddi dəyişikliklər edib. Ruhaninin ona ən böyük iradı İmam Rza (ə)-ın adından sui-istifadə etməsidir. Halbuki buna heç bir dəlil yoxdur. Hərəmin heç bir qəzet və jurnallarında Rəisinin təbliğatı aparılmayıb. Hətta namizəd olandan bəri hərəmdə görsənməyib ki, yanlış anlaşılmasın.
Qeyd: Əslində bu yazacaqlarım qeyd yox, əsas məsələdir. Yuxarıdakıların çoxusu mühüm deyildi. Bundan sonrakı sətirləri isə diqqətlə oxuyun. 
Ölkədə olan bəzi qüvvələr var ki, Ruhaninin gəlməsinə canfəşanlıqla çalışırlar. Onların çoxusu ölkəyə xaricdən qanuni və qeyri qanuni yolla mal idxal edən milyarderlırdir. Başında isə Ruhaninin öz qardaşı durur. Özlərinə islahatçı deyən bu liberallar əsasən qərbə meyillidirlər.
Amma daha mühüm məsələ budur ki, ölkəni böyük təhlükə gözləyir. Bu təhlükə isə ölkə daxilində təhlükəsizliyin ciddi şəkildə pozulmasıdır. Sorğu nəticəsində Ruhaninin səs sayının azaldığını görən bu şəxslər Qərbin əli ilə İran daxilində iğtişaşlar yaratmaq istəyirlər. Əslində Qərb nə Ruhaninin qara gözünə aşiqdir, nə də Rəisinin qara əmmaməsinə. Onlar sadəcə fürsətdən istifadə edib İranı qarışdırmaq istəyir. Həm də Ruhani pullulara xeyir edir. Yoxsa Ruhanidə ciddi bir zərbə görsənsəydi, nəzarət şurası tərəfindən namizədliyi qəbul olunmazdı. Necə ki Əhmədinejadın namizədliyi rədd cavabı aldı. Vəssalam.
Amma Ruhaninin adamları da təbii ki başağrısız seçkiləri qazanmaq istəyir. Bunun üçün də kənd bələdiyyələrinin və İH-lərinin əli ilə Ruhaninin təbliğatı gedir. Hətta sadə camaatı yığaraq "onsuz da Ruhani seçiləcək, amma əgər siz az səs versəz, Ruhani kəndin büdcəsini və aylıq pul yardımını kəsəcək" kimi şayələr yayırlar. İH-lərinin çoxusu Ruhanini təbliğ etdiyindən bu deyilənlərə rəğmən yenidən seçilməsi təəccüblü deyil.
Burada hamını düşündürən iki sual var.
1) Ruhaniyə daha meyilli olan Qərb onun seçilməsi üçün nələrə əl ata bilər?
2) Ruhani seçilməsə nə edə bilər?
Cavaba keçməzdən öncə bilmək lazımdır ki, atılması ehtimal verilən bu addımlar əslində Ruhani üçün yox, Ruhaniyə dəstək adı ilə İranda qarşıdurma yaratmaq məqsədi daşıyır.
1-ci suala cavab: Səslərin azaldığını görən Qərbin və ölkədəki adamlarının yeganə çıxış yolu Ruhanidən məzlum siması düzəltməkdir. Öz hədəflərinə çatmaq üçün, hətta öz əlaltılarının əli ilə Ruhaniyə yaxın bir adamına və hətta Ruhaninin özünə belə terror etməkdən çəkinməzlər. Necə ki islahatçılardan olan, Qərbə görə istifadə müddəti bitmiş sabiq prezdent Məhəmməd Xatəmiyə, 2009-cu il prezdent seçkilərində Mirhüseyn Musəviyə dəstək aksiyası üçün Əhvaza getdiyi təyyarədə terror hazırlanmışdı. Amma İnqilab Keşikçiləri Korpusunun əks kəşfiyyatı tərəfindən qarşısı alındı. Bu proje Xatəminin ölümünü Rəhbərliyə tabe olan qüvvələrin boynuna ataraq, İran daxilində xalqın islahatçılar və mühafizəkarları dəstəkləyən təbəqələri arasında böyük iğtişaşlar yaratmaq hədəfi güdürdü. Beləliklə də özlərini məzlum cilvələndirib Musəviyə səs yığacaqdılar. Eyni projenin Ruhaniyə və ya hansısa Ruhaniyə yaxın olan birinə qarşı təkrarlanmayacağı istisna deyil. Bir sözlə Müaviyyənin tarixə saldığı "Osmanın qanlı köynəyi" projesi.
Ruhaninin öz adamları, məzlumluq simasını artırmaq üçün artıq işə başlayıblar. Bir neçə gün öncə gecə vaxtı Ruhaninin təbliğ plakatlarını sökənlərin videosunu yaymışdılar. Ruhaninin təbliğatçıları bu şəxslərin bəsicilərin və ya sepahın adamları olduğunu desələr də, sonradan maşınlarının nömrəsinin izinə düşən polis, əslində bu şəxslərin Ruhaninin öz rəsmi təbliğaçılarının olmasını söylədi.
Deyilən "məzlumluq" simasını formalaşdırmaq üçün əl atılan digər bir hiylə, mühafizəkarların heysiyyatı ilə oynayaraq, onları özündən çıxardaraq, özlərini hücuma məzur qoymaqdır. Sonra da desinlər ki, "radikallar bizə gün verir, işıq vermir". Bunun üçün də addımlar atılır. Məsələn, Ruhaninin təbliğatçılarından bir nəfər İmam Rza (ə)-a qarşı hörmətsizlik etmişdi. Digəri isə dolayı yolla hərəm müdafiəçilərinin əleyhinə danışdı. Bunların hər ikisi cddi narazıçılığa səbəb oldu.
Ruhaninin özünün isə danışmadığı yalan, vurmadığı töhmət qalmayıb və Rəisinin suallarına cavab olaraq dəfələrlə ona qarşı hörmətsizlik edib. Rəisi isə cavabında "özün bilirsən ki, sinəm sirlərlə doludur, amma öz ehtiramımı saxlayaraq və qanuna zidd olduğu üçün açmıram" dedi.
Birdən əgər Ruhani seçilməsə? Bu ikinci sual idi.
Yenə də 2009 və yenə də köhnə təcrübə. Deməli ilk öncə seçkilərdə saxtakarlıq olması şayəsini yayacaqlar. Artıq BBC kanalı deyir ki, Rəisi seçilsə 100% saxtakarlıqla olacaq. Daha sonra isə "haqqımızı istəyirik'' şuarları ilə aləmi vuracaqlar biri-birinə. Bu fitnənin başında duranlar ev dustağı ediləndə isə bütün xarici mediya yazacaq ki, "İranda siyasi dustaqlara azadlıq". Sonda isə bir qrup avam kütləni "İran zalım rejimdir'' inancına daxil edəcəklər.
Bu fitnənin 2009-cu ildə rəhbərin uzaqgörənliyi ilə qarşısı alındı və öz əleyhlərinə istifadə olundu.
Digər bir məsədə var ki, əgər Qalibaf Rəisinin xeyirinə geri çəkilməsə, səslər Rəisi və onun arasında bölündüyündən yenidən Ruhaninin seçilmə ehtimalı var. Amma mən belə düşünürəm ki, Ruhani əleyhinə ifşa kampaniyası yaxşı aparılsa, bu səbəbdən heç kim 50%-i toplamadığından, hətta ən çox səs toplayan iki namizəd arasında ikinci dəfə seçki keçirilə bilər. 
Cümə günü prezdent seçkiləridir və gün seçdikcə Ruhani səslərini itirir və Rəisi qazanır. Bir neçə saat öncə Çahamahal Bəxtiyari şəhərində Ruhaninin çıxışı olmalı idi, amma gələn az olduğundan təxirə salınıb. Amma neçə gün öncə Rəisini bu şəhərin camaatı çox təntənəli şəkildə qarşılamışdı.
Seyyid Rəisinin dalında duranlar yaxşı təbliğat apara bilsələr, bu şəxsin seçkiləri qazanma ehtimalı çoxdur. Lap çox...

vetenugrunda.az

Комментариев нет:

Отправить комментарий