Страницы

10.05.2017

İsrail İŞİD terrorçularını müalicəsinə​ 220 milyon dollar xərcləyib

Sionist İsrail rejiminin xəstəxanaları Suriyadakı münaqişələrdə yaralanan terrorçuların müalicəsi ilə məşğul olur. Xəstəxanalar terrorçuların müalicəsinə həddindən artıq vəsait xərclədiyindən ciddi maliyyə böhranı ilə üzləşib. "Haaretz" qəzeti mövzu ilə əlaqədar hazırladığı xəbərində, İsrail rejimi xəstəxanalarının gündəlik olaraq Suriyada yaralanan terrorçuları qəbul etdiyini və buna görə də ağır maliyyə problemilə qarşılaşdığını yazıb.
Qəzet İsrail rejiminin xəstəxanalarının Suriyadan xəstəxanaya gətirilən yaralılara görə, sanki müharibə xəstəxanalarına çevrildiyini qeyd edib. Xəbərdə 4-6 il ərzində 1600-dən artıq yaralı terrorçunun işğal altındakı ərazilərdəki İsrail xəstəxanalarına gətirildiyini və müalicə edildiklərini yazıb. Bir xəstəxananın rəsmisi sionist İsrail rejiminin xəstəxanalara yaralı terrorçuların müalicələrinə görə, 220 milyon dollar borcunun olduğunu bildirib. /vetenugrunda.az/

Комментариев нет:

Отправить комментарий