Страницы

17.05.2017

Qoymaram tənha səni

Bəhruz Xəlil

Min gözəllər içrə seçdim, ey güli-rəna, səni,
Ta nə qədri vardır ömrüm, qoymaram tənha səni.

Həm sənin ruhun gözəl, cismin gözəl, qəlb oxşayan,
Qarə zülfün görməsin dən, sıxmasın dünya səni.

Rəsmini rəssam çəkib, hər cizgisi min zövq verir,
Çox gözəl inşa edibdir eyləyən inşa səni.

Ruhən uyğunluq var ikən məhrəməm hər sirrinə,
Qoymaram məndən qoparsın yad əlllər əsla səni.

Hüsnünə tərif demək qismət olubdur Bəhruza,
Gəl yenə aciz qalıb vəsv eyləsin misra səni.

Комментариев нет:

Отправить комментарий