Страницы

18.05.2017

Rauf Qubadov:

Niyə hakimiyyəti, hətta muxalifəti də bir qrup yerlilərin təmsil etdiyini dilinizə gətirmirsiniz? Azərbaycan əsilli qalan bir-iki nəfəri də gözümçıxdıya salmaq vətənpərvərlikdimi? Hazırki vaxtda polis-məhkəmə sisteminin azərbaycanlıları böhtanla şərlənməsini, əhalinin aclıq səviyyəsində yaşamasını, təhsilin pullu və çox yüksək olmasını, səhiyyə və digər sahələrdəki çatışmazlığı deyə bilməyənlər bütün bunların vaxtilə yuxarı səviyyədə olduğu SSRİ-ni pisləməkdə görürlər vətənpərvərliyi! Azərbaycanlıların dünyada ən pis yaşadığı ölkənin Azərbaycan oldugunu deyə bilməyənlər azərbaycanlıların çox yüksək səviyyədə yaşadığı ölkələri pisləməkdə görürlər vətənpərvərliyi! 30 ildi Azadlıq, Demokratiya, Müstəqillik deyildiyi ölkədə heç birisinin olmadğını, xalqın bu 30 ildə gün görmədiyini, müstəqil olandan cibində siçanlar oynadığını, təkcə bir qrup adamın müstəqil və firavan olduğunu deyə bilməyənlər, düz deyənə "Sən bizim müstəqilliyimizi, demokratiyamızı, azadlığımızı istəmirsən" deməkdə görürlər vətənpərvərliyi!
Biz belə vətənpərvərliyə yox deyirik!..

Комментариев нет:

Отправить комментарий