Страницы

15.05.2017

Sevərəm

Rəvan Məhərrəmli

Mən sevib etmərəm aşkar ki, müəmma sevərəm,
Olmaram hüsnünün heyrani, müəlla sevərəm.

Sevmərəm yarin əlindən tutam hər aşiq tək,
Heç toxunmaq diləməm yarə, mübərra sevərəm.

Mən sevən yari gərəkdir ki düz aşiq olsun.
Ruhu qəlbimdə əgər etsə təcəlla sevərəm.

Sonda atəşlərə yansam da fəğan etməm mən,
Əvvəlindən kül edə qəlbimi sevda, sevərəm.

İmtahan etsə əgər eşq özü aşiqiləri, 
Bütün aşiqlərə qalib gəlib əla sevərəm.

Ölmüş aşiqlərə eşqimnən üfürsəm dirilər,
Mənim eşqimdi şəfabəxş, və yekta sevərəm.

Məni eşqim gətiribdir dilə, fürsətdi, Rəvan,
Qeyd elə, yar oxusun ki onu tənha sevərəm...

Комментариев нет:

Отправить комментарий