Страницы

11.05.2017

Suriyada 16 rus hərbçi 300 terrorçunun hücumunu dəf etdi

Suriyada rus hərbçilərlə "Nusra Cəbhəsi" terrorçuları arasında şiddətli döyüşlər baş verib. İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Suriyada Rusiya Silahlı Qüvvələrinin xüsusi dəstəsinin 16 döyüşçüsü 2 sutka ərzində 300-dən çox “Nusra Cəbhəsi” terroçusunun hücumunu dəf edib.
Rusiyalı hərbi qulluqçular ərazidəki ən mühüm strateji yüksəkliklərdən birini müdafiə edə biliblər. Rusiyalı hərbçilər arasında itki yoxdur, qrup komandiri Rusiya Qəhrəmanı adını qazanıb.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Suriyadakı Xüsusi Əməliyyat Qüvvələrinin hədəfləri arasında ərazinin kəşfiyyatı və hava zərbələrinin hədəflərinin müəyyən edilməsi var.
Terrorçuların Hələbdəki yüksəklikdə möhkəmləndikdən sonra hücuma keçiblər. Terrorçular hərbçilərin mövqelərini artilleriya və minaatanlardan atəşə tutublar. Döyüşlər 2 sutka davam edib. Lakin Rusiya hərbçiləri tank və digər texnikanı sıradan çıxara bilib, nəticədə terrorçular geri çəkiliblər.

Комментариев нет:

Отправить комментарий