Страницы

01.05.2017

TP-82 / TOZ-82

TP-82 — DQEAS (daşınan qəza ehtiyat atıcı silahı) kompleksinin tərkibinə daxil olan qeyri-avtomatik üçlüləli ov tapançasıdır. Bu silah ilə təhlükəli heyvanlardan və kriminal elementlərdən müdafiə məqsədi ilə, əhalisiz yerdə enərkən və ya suya enmə halında vizual müşahidə üçün işıq siqnalları vermək və ya ov əldə etmək üçün Rusiya kosmonavtları silahlanırdılar. Silah yuxarıda iki horizontal 32 ov kalibrli hamar lüləyə və onların altında isə yerləşdirilmiş 5,45 kalibrli yivli lüləyə malikdir. DQEAS döyüş komplektinə 5,45 millimetrlik xüsusi olaraq hazırlanmış qurğuşun özəkli, yayılan gülləli patronlar SP- P (güllə), 32-ci kalibrli qırmalı patron SP- D (qırma № 3) və 32-ci kalibrli siqnal patronu SP- S (siqnal) daxil idi. SP-D patronunun effektiv atəş məsafəsi 40 metr, SP-P patronunun effektiv atəş məsafəsi 200 metr, siqnal şaşkasının hündürlüyə qalxma məsafəsi isə 100-165 metr təşkil edirdi.
TP-82 arsenalına trapesiya formalı, qundaq kimi istifadə edilən maçete və çiyinə dayamaq üçün maçetenin tiyəsinə taxılan çiyinlikli sərt çexol daxildir. Maçetenin qulpu tapançanın qulpuna birləşmə üçün oyuqlara malikdir və atəş zamanı tapanca qulpunun altına taxılmaqla qundaq kimi istifdə olunur. TP-82 uzun taxta yatağa malikdir, tapançanın və maçetenin qulpları plastmassdan düzəldilmişdir.
Qundaq daha çox dəqiq atışı təmin edir. Maçetenin köməyi ilə kolluqlarda cığır açmaq, çadırlar üçün odun və tikinti materiallarını tədarük etmək, xəndək, çuxur və səngər qazmaq mümkündür.
Tapança Tula Silah Zavodunun baş konstruktoru Vladimir Aleksandr Paramonovun rəhbərliyi altında 1982-ci ildə hazırlanmış və hərtərəfli sınaqlardan sonra 1986-cı ildə Kosmik qoşunların silahlandırılmasına qəbul edilmişdi. Pilot-kosmonavtlar və uçucu aparatların pilotlarını TP-82 ilə silahlandırmaq qərarı verilmiş və istehsalı Tula silah zavodunda təşkil edilmişdi.
Birinci TP-82 silahını 1986-cı ildə kosmosa uçuşu etmiş birgə sovet-fransız ekipajının sovet kosmonavtları almışdılar. TP-82 tapançalarının buraxılışı 1980-ci illərin sonlarında dayandırıldı. Ümumilikdə bu silahdan 30-100 ədəd istehsal edilmişdi. Maraqlıdır ki, hal-hazırda Rusiya kosmonavtları Makarov pistoleti ilə kosmosa uçurlar.

Hazırladı: Hikmət Babayev

Комментариев нет:

Отправить комментарий