Страницы

16.06.2017

Azərbaycanda vəziyyət yalnız Rusiyanın müdaxiləsi nəticəsində düzələ bilər

Qəmlo Əsədullah

Xəbərdə deyilir ki "Azərbaycan Beynəlxalq Bankı"ndan sonra “Azərbaycan Dəmir Yolları” da xarici borcların restrukturizasiyasına hazırlaşır. Yəni bu defolt deməkdir, bankrot olmaq deməkdir. Bu təşkilat da xarici borclarını ödəyə bilmir və bu borclar xalqın boynuna yatır. Belə başa düşülür ki dövlətin. Axırda da deyilir "Xatırladaq ki, Azərbaycanın dövlət şirkətləri- SOCAR, “Azərbaycan Dəmir Yolları”, AZAL, “Azərenerji” və digərləri son illərdə milyardlarla dollarlıq xarici borcun altına giriblər. Bu, beynəlxalq maliyyə təşkilatlarından alınmış kreditlər hesabına baş verib".
Azərbaycanda qısa müddətli stabillik bax belə vəhşi idarəçiliyin nəticəsi idi. Neft pulları ilə zahirən guya inkişaf gedir görüntüsü yaratmışdılar. Camaat da aldandı... Əslində isə neft pulları qarət olunurdu, lazımsız projelərdən milyardlarla pul yeyilirdi, sonra da milyardlarla kerit götürülürdü. Bu kreditləri də yeyirlər və borcu dövlətin, xalqın boynuna atırlar. Bu az deyilmiş kimi ölkəni xaricilərin qarətinə də məruz qoyurlar. Bu istismar və istila deyilmi? Bunun adını müstəqillik qoyublar? Ərəstun Oruc düz deyirdi: "Bu gün reallıq budur ki, Azərbaycanda dövlət yoxdur, bütün dövlət institutları darmadağın olub". 
Müstəqillik belə olmur. Mən Sovet vaxtında Azərbaycanda inşa olunmuş zavodlar və fabriklər haqqında, qurulmuş kolxozlar və sovxozlar haqqında, böyük infrastruktur proyektlər haqqında, digər iri layihələr haqqında yazmışdım. Bu layihələr yerli xalqa xidmət edirdi, baxmayaraq ki Azərbaycan müstəqil deyildi. Azərbaycan axırıncı 25 il qarətə məruz qalıb. amma iqtisadiyyatdan hırnan zırı qanmayanlar Sovet dövrünə istismar deyirlər. Yaxşı, bəs Azərbaycanın Sovet mərkəzindən aldığı milyardlarla dotasiyalar nə idi? Hansıdır istismar? Hansıdır qarət? Azərbaycandan axırıncı 25 il daşınan 100 milyard dollardan çox pullar, yoxsa Sovet vaxtı Azərbaycanın imkanları olmayanda ölkəyə mərkəzdən verilən milyardlarla dollar? Boş lozunqlarla xalqın qarnı dolmur. Reallıq budur. Statistikalar var. Rəqəmlər var, göstəricilər var.
Müstəqillik əldə olunandan sonra Azərbaycanın bir neçə inkişaf yolu var idi. Ən yaxşı yol, adam balasının ağlına gələn yol bu idi ki, Sovet vaxtı əldə olunan böyük iqtisadi potensialı istifadə edib 5 milyon əhalisi olan Norveç kimi inkişaf emək. Orda Neft fondu öz-özünə pul qazanır və o fond 2016-сı ilin axırına 878 milyard (!) dollara malik idi. Bu pulllar müxtəlif gəlirli aksiyalara və daşınmaz əmlaka investisiya olunub. Və elə 2016-ci ilin axırına Norvecin Neft Fondu ölkəyə 53 milyarrd (!) gəlir gətirib. Azərbaycan bu yolla getmədi. Əvəzində xalqı yalan-palan ideologiyalarla yedizdib ölkəni qarət etdilər. Bax bu yol ən pis yol idi.
Hələ bu illər ərzində Rusiyadan Azərbaycana gələn on milyardlara dolları demirəm. Əslində ölkənin böyük hissəsi Rusiyanın hesabına yaşayıb. Rusiyada 3 mln yaxın azərbaycanlı işləyib pul qazanıb evinə göndərib. Azərbaycandan Rusiyaya yox, Rusiyadan Azərbaycana hər il milyardlarla dollar pul axıb. Bu xalqın zəhmətidir. Bir hesablayaq görək kim hardan hara pulu daşıyıb. Axırıncı 25 il Azərbaycan Rusiyadan pulu daşıyıb, öz iqtisadiyyatına yönəltməyib, əvəzinə Türkiyənin iqtisadiyyatına 11 milyard dollar pul qoyulub. Görün nə qədər... Bunun adı nədir?
Nə isə... Rusiyadan gələn pulları da hesaba vuraq. Bir an təsəvvür edin ki Rusiyadan pul gəlmir. Kəsildi axın. Nə olar ölkə? Amma Azərbaycandan pullar gedib şəxsi hesablara, xarici şirkətlərin hesablarına, ingilislərə, yəhudilərə, amerikalılara, fransızlara və s. Axırda da qərara gəldilər ki ölkəni atsınlar ərəblərin əlinə. Onlar da gəldi gördü ki bura bir qara quyudur. Bura qoyulan pul qayıtmayacaq. Həm də onlara, ərəblərə amerikalı ağaları dediləri ki qələtinizi etməyin, sürüşün ordan.
Reallıq budur. Xalq da budur. Sosial şəbəkələrədə insanların yazdıqlarına baxıram, görürəm ki xalqın çoxusu heç başa düşmür nə baş verir. Bunlar nə yeyir, nə içir, necə yaşayır, bunlar uşaqların gələcəyini necə görür... Bir robot, kütbeyin, savadsız, əlacsız, öz talehini həll edə bilməyən kütlə əmələ gəlib. Ölkənin müxalifəti də xəstədir. Əllərindən bir iş gəlmir.
Ölkədə vəizyyət belədir ki, bir vampir bir bədənə çöküb qanını içir, ölümcül vəziyyətdə atır gedir. Ona görə bir sıra politoloqların dedikləri də bu idi ki, ölkədə siyasi vəziyyət ancaq xarici müdaxilə nəticəsində ola bilər. Bunu mən demirəm, politoloqlar deyir, ölkədəki vəziyyət deyir. Bunu sadəcə görmək lazımdır. İndi kimsə durub desə ki "yox, sən belə fikirləşmə, demə belə söz, xalq özü hər şeyi düzəldəcək" və s.- mən elə adama deyərəm ki kaş ki sən deyən olsun, amma belə məsələlərin qayda qanunları var. Məntiqi sonuçları var. İllərlə formalaşmış, reallıqda öz əksini tapmış nəzərəyillər var. Və nəhayət tarixi təcrübə bunu göstərir ki, xalq Azərbaycanda ən mühüm tarixi keçiddə heç nəyi həll etməyib- ya həll etməyə gücü çatmayıb, ya da aldanıb!
Şəxsən mən nə istəyərdim? Cavab verirəm. Mən istəyərdim ki Azərbaycan Norveç kimi bir ölkə olsun. Bu da artıq göründüyü kimi mümkün deyil. Amma Norveç olmasa da, normal bir ölkə olmağa hələ də şans var! Hələ var...

Комментариев нет:

Отправить комментарий