Страницы

10.06.2017

Əbil Əbilov - Vardır

Çalış, insan, çox aldanma bu dünyada səfa vardır,
Günah etsən qiyamətdə əzab əlbət cəza vardır.

Ayıl, qəlbim, xəyallardan, bu dünya imtahandır, bil,
Uyub nəfsə günah etmə, hər an dərk et Xuda vardır.

Gözüm ağlar, ürək hər dəm fəğan eylər, Hüseynim vay,
Mənə,  Allah, ömür ver ki, Məhərrəmdə əza vardır.

Hüseynin aşiqi zəngin olar bil ruzi məhşərdə,
Gözündə əşg tək gövhər, dilində çün dua vardır.

Mənim könlüm sənə məxsus olub, ya Rəbb, nəzər eylə,
Ki, eşqin tək bu viranə könüldə tutiya vardır.

Həya, namus, ar, iffət verir hər insana zinət,
Qızarmaz ruzi məhşərdə, o üz onda həya vardır.

Əbil, et müxtəsər, coxdur yazan indi sənin tək söz,
Oxu, öyrən, fikir ver ki sözündə çox xəta vardır.

Комментариев нет:

Отправить комментарий