Страницы

19.06.2017

Çingizxan monqolid yox, avropoid görünüşlü olub

Çin mənbələri Çingizxanın “uca boylu, möhkəm bədənli, enli alınlı, sarı saçlı, uzun saqqallı, və göy gözlü” olduğunu bildirir ki, belə görünüş monqol üçün xarakterik deyildir. Atasının isə yaşıl gözlü olduğu bildirilir. 1603-1664-ci illərdə yaşamış özbək tarixçisi Abulqazi Bahadur xan yazır ki, Çingizxanın mənsub olduğu Bordjiqin tayfasının adamlarının gözləri yaşıl-mavi rəngli idi. Qızıl Orda dövründə yaşamış İran tarixçisi Rəşidəddin Fəzlullah yazır ki, Çingizxanın tayfasındakı uşaqlar “mavi gözlü və sarışın doğulurdu”. Qədim Avropa rəsmlərində, o cümlədən 13-14-cü əsrlərə aid Çin rəsmlərində Çingizxan monqollara xas cizgilərlə deyil, slavyanlara xas cizgilərlə təsvir olunur: ucaboylu, uzun saqqallı, yaşıl gözlü. Asiyaya səyahət etmiş məşhur italyan taciri Marko Polo (1254-1324) “monqol” imperiyasının paytaxtı Xanbalıkda 17 il yaşamış və xan sarayının naturadan çoxlu rəsmlərini çəkmişdir. Marko Polo Çingizxanı slavyan görünüşlü çəkmişdir. Bu rəsmlərdə saray əhli monqol və ya çinli görünüşlü yox, üz cizgilərindən tutmuş geyimə kimi, saç-saqqaldan tutmuş yaraq-əsləhəyə kimi slavyan tiplidirlər.
Çingizxanın monqola oxşar portretləri 18-ci əsrə- ümumdünya tarxinin saxtalaşdırılmasının qızğın çağına təsadüf edir. Məhz həmin dövrdən Rusiya və Çində tarixin qlobal falsifikasiyasına start verilmişdir.

İbrahim Sel, "Avrasiya tarixi".

Комментариев нет:

Отправить комментарий