Страницы

04.06.2017

Litva Rus xalqının sayəsində əsarətdən azad oldu

“Litvanın xalq təsərrüfatının və mədəniyyətinin inkişafında Rus xalqının yeri aydın görünür. Rus xalqının sayəsində Litva əsarətdən azad oldu. Böyük Rus xalqı Litva xalqına kapitalizmin mənfur caynaqlarından qurtulmaqda kömək etdi. Böyük Rus xalqı Litva xalqını faşizm təhlükəsindən qurtardı. Rus xalqı səxavətli əli ilə Litvada xalq təsərrüfatının və mədəniyyətin inkişafına töhfələr verdi. Litva mədəniyyəti məhz Rus klassik mədəniyyətinə söykənərək, qabaqcıl təcrübəni yaradıcı şəkildə canına hopduraraq mükəməlləşir və inkişaf edir. Bu səbəbdən Litva xalqı qardaş Rus xalqına məhəbbət və minnətdarlıqla yanaşır. Litva xalqı heç vaxt Rus xalqı ilə onun arasına girmək istəyən xarici düşmənlərin ardınca getməyəcək. Litva xalqı öz praktiki təcrübəsində əmin oldu və gözəl bilir ki, onun iqtisadiyyat və mədəniyyətinin inkişafının yeganə qarantı Rus xalqı ilə dostluğudur. Litva xalqı Rus xalqı ilə daha sıx dostluq və qardaşlıq münasibətləri quracaqdır”.

Antanas Sneçkus, Litva siyasi xadimi, 1940-1974-cü illərdə Litva respublikasının birinci katibi

Комментариев нет:

Отправить комментарий