Страницы

17.06.2017

Niyə qorxmur?

Əbil Əbilov

Xalq malını talayanlar,
Allahından niyə qorxmur?
Yaltaq, ayaq yalayanlar,
Allahından niyə qorxmur?

Çəkdi xeyli əziyyəti,
Qəbul etmədi zilləti,
Pis günə qoydu milləti,
Allahından niyə qorxmur?

Haqqa canın verənlər var,
Susur, amma görənlər var,
Zalım həyat sürənlər var,
Allahından niyə qorxmur?

Düşməni güldürənlər,
Qarabağı böldürənlər,
Məzlumu öldürənlər,
Allahından niyə qorxmur?

Əbil, sənə lağ edənlər,
Həddi aşib ağ edənlər,
Ürəyimi dağ edənlər,
Allahından niyə qorxmur?

Комментариев нет:

Отправить комментарий