Страницы

21.06.2017

Oyan

Zamiq Səfa

Ey gözüm, yatma, bu qəflətdən oyan,
Ölmə axırda xəcalətdən, oyan.

Bir məsəl vardı ki, yatdın batdın,
Vermə ömrün heçə, xəlvətdən oyan.

Anbaan Rəbbini yad eyləginən,
Uyma öz nəfsinə, şəhvətdən oyan.

Azacıq ömrə gözəl nəqşə gətir,
Bəhrələn daima fürsətdən, oyan.

Mehriban davranışı vacib elə,
Feyz aparmış çoxu ülfətdən, oyan.

Tut Hüseyn-ibni-Əlinin ətəyin,
Bərk yapış cümlə o hey'ətdən, oyan.

Nə rəva toplayasan mülk və mal,
Yox səmər dam-dolu sərvətdən, oyan.

Ey könül, cəhd eliyən kama yetər,
Ayrı düşməz vəli rəhmətdən, oyan.

Ey Səfai, sənə aiddi bu söz,
Köçməmiş şəhri-viladətdən oyan.

Комментариев нет:

Отправить комментарий