Страницы

03.06.2017

“Rus xalqının köməyi sayəsində qırğız xalqı dirçəlmiş, mədəniyyəti inkişaf etmişdir. Böyük Rus xalqı bizim respublikanın iqtisadi və mədəni inkişafı üçün əsl atalıq qayğısı göstərmişdir. Buna görə Rus xalqına biz öz dərin minnətdarlığımızı bildiririk. Böyük istedad, aydın təfəkkür, geniş ürək, təmənnasızlıq, özünü fəda etməyə hər an hazır olmaq Rus xalqının xarakterik cəhətləridir ki, ona digər xalqlar arasında böyük hörmət qazandırmışdır. Hamı Rus xalqı ilə dostluq etməyə çalışır. Qırğız xalqı da Rus xalqı ilə dostluq və qardaşlıq tellərini möhkəmləndirməyi, iqtisadi və mədəni əlaqələri genişləndirməyi öz müqəddəs borcu hesab edir. Qırğız xalqı özünü Rus sivilizasiyasından kənarda təsəvvür etmir. Qırğız xalqının bütün nailiyyətləri onun Rus mədəniyyətinə həvəsi ilə bağlıdır. Rus mədəniyyəti kimi nəhəng mənbəyə mütəmadi olaraq müraciət etməklə biz öz mədəniyyətimizi zənginləşdiririk. Qırğız xalqı könüllü şəkildə Rus dilini öyrənməyə meyl göstərir. Rus dilini bilmək qırğız xalqı üçün Rus və Dünya mədəniyyətlərinə yol açır. Rus mədəniyyəti- inkişaf amilidir. Rus dili- proqress dilidir, müdriklik dilidir, dostluq və əməkdaşlıq dilidir. Qırğızlar üçün Rus dili artıq ikinci ana dilinə çevrilməkdədir. Və biz qırğızlar bununla fəxr edirik. Rus dilini öyrənmək böyük xoşbəxtlikdir”.
Turdakun Usubaliev, qırğız siyasi xadimi, 1961-1985-ci illərdə Qırğızıstanın birinci katibi.

Комментариев нет:

Отправить комментарий