Страницы

19.06.2017

Teymurləng kim olmuşdur?

Müasir filmlərdə Teymurləng adətən asiyalı kimi göstərilir. Ənənəvi tarixşünaslıq Teymurləngi türk hesab edir. 1240-cı ildə naməlum müəllif tərəfindən qələmə alınmış “Gizli rəvayət” adlı əsərdə deyilir ki, Teymurləngin də, Çingizxanın da türkləri görməyə gözü olmayıb. Maraqlıdır ki, Teymurləng Rusiya torpaqlarını işğal etmiş monqolların Qızıl Ordasını süquta uğratmışdır. O İran xalqlarını zinhara gətirmiş Osmanlı ordusunu da darmadağın etmiş, Sultan Bəyazidi qəfəsə salaraq yanında gəzdirmişdir. Ərəb müəlliflərinin bəziləri onu müsəlman saysa da, bir çoxları xristian sayır. Mənbələrdə göstərilir ki, Teymurləng qəzəbinə tuş gəlmiş şəhər əhalisinin qırmaq əmri verərkən xristian əhalisinə toxunmamağı tapşırmışdı. İbn Ərəbşah yazırdı ki, Teymurləng islam dini qanunları ilə yox, Çingizxan qanunları ilə yaşayırdı. 1253-cü ildə Konstantinopoldan keçərək Qızıl Orda ərazisinə gəlmiş Fransa kralının səfiri Qiyom de Rubrik yazır ki, ordaçılar Moal dininə qaillik edirdilər. Məxəzlərin bir çoxunda qeyd olunur ki, Teymurləngin ordusunda çoxlu çaxır içilirdi, özü isə araq içirdi. 1403-1406-cı illərdə Teymurləngin iqamətgahına səyahət etmiş ispan diplomatı Rui Qonsales de Klavixo göstərir ki, onun çadırları boyunca çaxır çəlləkləri düzülmüşdü. Teymurləngin spirtli içki qəbul etməsi onu görmüş Avropa səyyahlarının çoxu tərəfindən göstərilmişdir. Teymurləng döyüşdə fərqlənmiş əsgərləri adətə uyğun olaraq müxtəlif ləziz yeməklərə və içkilərə qonaq edirmiş. O da maraqlıdır ki, Teymurləngin əsgərləri içdikləri içkini ruslarda olduğu kimi “vino” adlandırırmışlar.

İbrahim Sel, "Avrasiya tarixi"

Комментариев нет:

Отправить комментарий