Страницы

11.07.2017

Gürcüstan nağılı

Gürcüstan nağılı mif imiş. Avropaya viza ləğv olunsa da, əhalinin vəziyyəti heç qonşu şəhərə getməyə imkan vermir. Yollar bərbad (50-60 km Batumiyə çatmamışdan başqa), əhali gileyli-güzarlı. Yerli sakinlərlə söhbət zamanı onların yoxsul həddə yaşadığı məlum olurdu. Düzdü ucuzluqdu, amma qazancları gündəlik tələbatlarını yenə də ödəmir. Azərbaycanlıları isə az qala oliqarx zənn edirlər. Bizi görəndə sanki pul kisəsi görürlər. Bilmirlər necə etsinlər ki çox qopartsınlar. Bir sözlə, Gürcüstanda Allahın yaratdığı gözəl təbiətdən başqa yaxşı heç nə görmədik... Yeri gəlmişkən gömrüyü Gürcüstan tərəfə keçəndə birimizin (iki nəfər idik) maşından düşüb ayaqla keçməyimizi tələb etdilər. Azərbaycan tərəfi də bu tələbi etmişdi, amma birimizin özünü pis hiss etdiyini söylədikdən sonra sərhədçilərimiz bizi buraxdılar. Gürcüstan polisi isə rüşvətə ehyam vurdu. Mən ona deyəndə ki gözəl dövlətiniz var, sizə hər şəraiti yaradıb, ironik baxışlarla sanki “Nə nağıl danışırsan?” söyləyib, boş maşınımızı hər dəlmə-deşiyinə qədər yoxladı, kişi kimi bizi yubatdı. Bir sözlə, ilk dəfə Gürcüstanda bu qədər uzun yol qət edib, demək olar ki hər yerini gəzdikdən sonra Çiçəklənən Gürcüstanın bizdən azı 15-20 il geridə qaldığı aydın oldu.

Alik Bakinskiy

Комментариев нет:

Отправить комментарий