İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) Qüds batalyonu komandanı general Qasim Süleymani Mosulun İŞİD terrorçularından azad olunmasına münasibət bildirib.
İnterAz “Tasnim”-ə istinadən xəbər verir ki, general Qasim Süleymani yaxın Şərqdə baş verən hadisələrə, xüsusən Mosulda İŞİD-in məğlubiyyətinə dair çıxışında deyib: “İŞİD adlı cinayətkar bir təşkilat islam aləminə, eləcədə müsəlman ölkələrinə müsəllət olub. Onların islam və müsəlmanlara vurduğu zərərlər ölçüyə gəlməz. Onların cinayətlərinə qəlblər tab gətirə bilmir. İŞİD təkfirçiləri o qədər acımasızdırlar ki, bir günün içində 1200 gənc tələbənin başını kəsdilər, iki min qadını qul olaraq satdılar. Onlar ananın qucağından körpəsini alaraq od üstündə qızardıb anasına qaytardılar. İraq xalqı, eləcə də, Suriya xalqı neçə illərdir ki, belə bir cinayətkarlarla üz-üzədir. Onlar İraqın ərazi bütövlüyünü aradan aparmağa çalışsalar da, buna nail ola bilmədilər”.
O, həmçinin İŞİD-in Mosulda məğlubiyyətinə toxunaraq deyib: “Mosulda qazanılan qələbə bütün bəşəriyyətin qələbəsidir. İraq xalqının bütün bəşəriyyət üzərində haqqı var”.
General Qasim Süleymani çıxışının davamında Ayətullah Sistaninin Mosulda qazanılan qələbədə önəmli rolu olduğunu qeyd edərək bildirib: “Bu qələbə kiçik bir evdə yaşayan böyük fəqih Ayətullah Əli Sistaninin təqvasının nəticəsidir. O böyük alim İraq xalqına nicat verdi. Bu gün istər sünnü olsun istər şiə, bütün İraqlılar O böyük şəxsiyyətin bütün İraq xalqına verdiyi töhfəni görməkdədir”.
O, həmçinin Haşdi Şabi könüllü döyüşçülərinin yaranmasına və uğurlu fəaliyyətinə toxunaraq bildirib: “Haşdi Şabi Ayətullah Sistaninin fətvası ilə təsis olunub. Hər kəs Haşdi Şabinin İŞİD-lə mübarizədə rolunu gördü. Onlar İraq ordu qüvvələri və Federal Polis qüvvələri ilə çiyin-çiyinə İŞİD terrorçularına qarşı mübarizə apardılar”.
Комментариев нет:
Отправить комментарий