Страницы

24.09.2017

DTX əməkdaşlarını İraqa göndərdi: 300 azərbaycanlı məhv edilib

"İraqda Azərbaycan vətəndaşlarının kütləvi olduğu yerdə 300-ə yaxın azərbaycanlı məhv edilib".

Report.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev deyib. "Əməkdaşlarımız hazırda İraqdadırlar və araşdırırıq ki, bu məlumat düz və ya səhvdir".
Mədət Quliyev həmçinin bildirib ki, son 5 il ərzində müəyyən sayda Azərbaycan vətəndaşı qara təbliğata inanıb İŞİD-ə qoşulub. Onlar inanıblar ki, yaxşı iş görüblər. Amma əslində bu cinayət işidir.
Onun sözlərinə görə, 900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulub: "Onlardan 85-i hüquq-mühafizə orqanlarımız tərəfindən saxlanılıb və pentensiar xidmətdədirlər. 195 nəfər Azərbaycan vətəndaşlığı hüququndan məhrum edilib. Bir çoxu isə döyüş zamanı həlak olub".

Комментариев нет:

Отправить комментарий