Страницы

11.09.2017

SƏNİ UNUTDURMAĞA HEÇ NƏYİN GÜCÜ ÇATMAZ

Xatirə Xatun

Sən- uçuq ürəyimə qətrə-qətrə damanım,
"İndi yazar, bu saat zəng eləyər" dediyim.
Tək pənahım, ümidim, söykəndiyim gümanım,
"Gəl məni məndən qurtar" axşam-səhər dediyim.

Aylar, illər, fəsillər beləcə ötüb keçər, 
Səni unutdurmağa heç nəyin gücü çatmaz.
Zaman bir qayçı kimi ömrümü kəsər, biçər,
Alışmağı öyrədər, unutmağı... bacarmaz!

Allah, o nə sevgiydi? 
Möcüzəydi, möcüzə!
Adın çəkilən kimi dilim-dodağım əsər.
İndi qoymusan məni yoxluğunla üz-üzə
Hər gecə əllərimə intizarın tələsər...

Sən yaşayan o yerdə hava necədir görən?
Xəritədə gəzirəm sən getdiyin şəhəri.
İzləyirəm, baxıram xəbərlərdən, efirdən
Dirigözlü açıram bəzən olur səhəri...

Lənətə gəlsin görüm!
Əlindən hara gedim
Gözlərinə baxarkən hiss etdiyim acının?
Bu ömrü asta-asta belə yedim, bitirdim,
Çarəsini kim bilir qürurun əlacının?

Dəstə-dəstə adamlar gələr, ömürdən keçər,
Səni unutdurmağa heç kimin gücü çatmaz.
Zaman bir qatar kimi ömrümü kəsər, biçər,
Alışmağı öyrədər, unutmağı bacarmaz...

Комментариев нет:

Отправить комментарий