Страницы

08.10.2017

Aleksandr Duqindən Ermənistana çağırış: BEŞ RAYONU QAYTARMALISINIZ!

Kremlin ideoloqlarından biri, məşhur rusiyalı filosof və publisist Aleksandr Duqin Ermənistanda dərc edilən “Jamanak” qəzetinə müsahibə verib.
virtualaz xəbər verir ki, A.Duqin erməni jurnalistlərə bildirib ki, Dağlıq Qarabağ ətrafında yerləşən beş rayonun qaytarılması məsələsi Ermənistan və Azərbaycan prezidentlərinin qarşıdan gələn göruşündə qaldırılacaq.
Beynəlxalq Avrasiya Hərəkatına rəhbərlik edən Aleksandr Duqin əmindir ki, “Ermənistan-Azərbaycan münasibətlərində vəziyyət elə bir nöqtəyə çatacaq ki, problemi həll etmək qeyri-mümkün olacaq”.
“Güman edirəm ki, Qarabağın beş regionunun azad edilməsi məsələsi prezidentlərin bu görüşündə qaldırılacaq”,- Duqin deyib.
Qeyd edək ki, bu yaxınlarda Rusiya paytaxtında keçirilmiş “Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru” konfransı çərçivəsində də Aleksandr Duqin bu iddia ilə çıxış etmişdi.

Комментариев нет:

Отправить комментарий