Страницы

30.10.2017

Amerikanlar türk əsgərlərinin başına çuval keçirdilər

ABŞ əsgərləri İraqın şimalındakı türk xüsusi təyinatlılarının bazasına hücum etmişlər və 11 türk əsgərini əsir götürmüşlər. Türk həbrçilərinin başlarına çuval keçirilmiş və onlar əlləri bağlı şəkildə ABŞ-ın Kərkükdəki hərbi hissəsinə gətirilmişlər.
Həbs zamanı türk əsgərləri heç bir müqavimət göstərməmişlər. Onların avtomatları, qranatları, zirehli gödəkçələri və gecəgörmə cihazları müsadirə olunmuşdur. Jurnalistlərə açıqlama verən ABŞ ordusunun polkovniki Bill Meyvill bildirmişdir ki, türk əsgərləri regionda situasiyanı destabilizasiya etmək üçün İraq girmişlər: "Onlar bura bəd əməllər törətmək üçün gəlmişlər".
Türkiyə Baş Naziri Rəcəb Təyyub Ərdoğan tələb etmişdir ki, amerikanlar türk əsgərlərini təcili surətdə azad etsinlər. Türkiyə Xarici İşləri Naziri Abdulla Gül bildirmişdir ki, Türkiyə əsgərləri əmin-amanlığı qorumaq üçün İraq göndərilmişlər. Ankaradakı ABŞ səfirliyinin nümayəndəsi Robert Deyç demişdir ki, diplomatlar "yaranmış problemi mümkün qədər tez bir zamanda həll etməyə çalışırlar".
Türk xüsusi təyinatlılarının həbsinin səhəri günü Türkiyə öz qoşunlarını İraqla sərhəddən geri çəkməyə başlamışdır. Mexanikləşdirilmiş türk hərbi birləşmələri düşərgələrini sökmüş və dislokasiya ərazisini tərk etmişlər.

Комментариев нет:

Отправить комментарий