Страницы

03.10.2017

Mömünlər müxalifətçilərlə bir cərgədə dayana bilməzlər

Bu ilin Aşura izdihamı hətta müxalifəti vəlvələyə salıb.
Möminlər bilməlidilər ki demoktratik dəyərlər, filan-bəsməkan söhbətlər onlara aid deyil. Bunların hamısı İslamı bir çərçivəyə salmağa çalışacaqlar. İstədiyiniz azadlığı bunlar sizə vermək istəməyəcək.
Demokratiyadan ən çox basıb bağlayanı belə matəmimizin qara rəngindən qorxur, hicablardan qorxur, yaşıl baş sarğılarından qorxur.
İmam Hüseyn (ə) mitinqinə yığılan camaat bunların mitinqinə yığılmır axı.
Keflə yaşamaq uğrunda mübarizə aparanlar axı necə şərəfli ölüm uğrunda mübarizə aparanlara qalib gələ bilərlər?
Şəhadəti sevəni nə ilə qorxudacaqsan?
Onlar elə bilirlər ki İslamla mübarizə aparmaq üçün təhsili gücləndirmək lazımdır. Biri durub təhsil nazirini günahlandırır, o birisi ədliyyə nazirini.
Qanmazdılar, qanmaz... Qanmaq da istəmirlər ki təhsil də güclü olsa, ədliyyə sistemi də ədalətli olsa, bu onlara xeyir verməz, əksinə müsəlmanlar bu şəraitdə daha sürətlə artar, müsəlman gənclər daha savadlı olar, mübarizə daha da güclənər. Ədalətli cəmiyyətdə İslamın təbliği və gücü birə beş artar. Çünki hətta mövcud qanunvericilik bizə imkan verir ki öz haqqımızı sübut edək.
Başa düşün, xeyri yoxdur, siz olmasaz da sizin övladlarınız bizimlə olacaq, nəvələriniz bizimlə olacaq. Gözünüzün qarşısında namaz qılacaqlar, gözünüzün qarşısında sinə vuracaqlar.
İslam durdurulmaz bir dalğadır.
Siz bu hərəkətlərinizlə Məkkə müşriklərinə bənzəyirsiz.
Onlar necə məğlub oldu, sizdə o cür məğlub olacaqsınız.

Qəmlo Əsədullah

Комментариев нет:

Отправить комментарий