Страницы

21.10.2017

Tural Həmid:
-Bir ölkədə bir adam yaşayırmış. Bu adam əvvəlcə hakimiyyəti ələ keçirmək üçün öz vətəndaşını tanklarla üz-üzə qoyaraq siyasi arenaya gəlir. Siyasi səhnəyə gəlmək üçün insan həyatını önəmli hesab etmir. 2 il sonra həmin adam cəbhədəki hərbi uğursuzluğu bəhanə edib legitim prezidentə qarşı çevriliş edərək iqtidara gəlir. İqtidara gəldikdən sonra əmək təlimi, bədən tərbiyə müəllimindən tutmuş öz dost-tanışını yüksək postlara təyin edir. Bir müddət sonra ölkəsi ilə sərhədi olan bütün dövlətlərdən torpaq istəyir. Öz vətəndaşı olan etnik qrupdan birinin ölkədə yaşamaq haqqı olmamasını elan edir və qovulmasına haqq qazandırır. İfrat millətçiliyi ilə ölkədə digər etnik qruplara ayrıseçkilik edərək vətəndaş müharibəsi mühiti yaradır. Müdafiə naziri təyin etdiyi müəllim dostunun bacarıqsızlığı nəticəsində ölkənin 1 rayonunu düşmənə verir. Cəbhədəki uğursuzluq və ölkə paytaxtına gələn tankları gördükdən sonra vətəndaş müharibəsinə imkan verməmək adıyla öz kəndinə qaçır (Halbuki 3 il öncə paytaxtı olduğu ölkədə 137 nəfərin ölümünə səbəb olan çevrilişə cəhd etmişdi). Amma qaçdıqdan sonra onun postunu tutan adama düşmənçilik edir və hakimiyyəti qəsbdə ittiham edir (Halbuki özü 1 dəfə buna cəhd etmiş, ikincisində isə istədiyinə nail olmuşdu). Belə adam vətən xaini adı alması üçün 3-4 nailiyyəti olsa da, ölümündən sonra xalqın qəlbində hələ də yaşayır. Çünki xalqın inkişaf səviyyəsi ilə onun lideri arasında təfəkkür eynidir.

Комментариев нет:

Отправить комментарий