Страницы

20.11.2017

1950-1953-cü illər Koreya müharibəsi amerikan ordusunun puçluğunu bir daha ortaya qoydu. 1950-ci ildə ABŞ-ın təhriki ilə yaradılan konflikt nəticəsində Şimali Koreya ilə Cənubi Koreya arasında müharibə başladı. Məlum olduğu kimi, Şimali Koreyaya SSRİ, Cənubi Koreyaya isə ABŞ kömək edirdi. Müharibənin ilkin mərhələsində 100 min nəfərdən ibarət Şimali Koreya ordusu 100 min nəfərdən ibarət Cənubi Koreya ordusu və 40 min nəfərdən ibarət ABŞ korpusu ilə üz-üzə gəldi. Qeyd etmək lazımdır ki, Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası) 1948-ci ildə Sovetlərin köməyi ilə yaranmışdı; iki il ərzində yetkin ordu və təcrübəli komandirlər yetişdirmək mümkün olmamışdı. Müharibə başlayan dövrdə Şimali Koreya ordusu dağınıq halda idi; hətta Cənubi Koreyanın 100 minlik ordusu olmasa idi belə, ABŞ-ın 40 minlik professional ordusu ona qalib gəlməli idi. Amma belə olmadı. Müharibənin elə ilk ayında Şimali Koreya ordusu 600 km irəliləyərək Cənubi Koreyanın əksər ərazilərini tutdu. Amerikan hərbçiləri geri çəkildilər və Pusan port-şəhərində müdafiə olunmağa başladılar. Yalnız linkor və kreyserlərin, əsasən də göyərtə aviasiyasının zərbələri nəticəsində amerikanlar bir müddət şimali koreyalıların qarşısında tab gətirə bildilər. Qərb tarixçiləri bu gün amerikanların Koreyadakı məğlubiyyətini onunla əsaslandırırlar ki, həmin müharibədə şimali koreyalıların 500 T-34 tankı olduğu halda amerikanların cəmi 100 M-24 tankı vardı. Amma güclü aviasiyaya malik olan amerikanlar həmin 500 tankı 2-3 gün ərzində məhv edə bilərdilər. Bacarmadılar. Bundan başqa amerikan hərbçilərinin əlində 4 min reaktiv qranatomyot vardı; şimali koreyalıların hər tankına 8 amerikan qranatomyotçusu düşürdü. Amerikanlar həmin qranatomyotlardan da düzgün istifadə edə bilmədilər. Tankı qranatomyotla vurmaq üçün ona 150-200 metr yaxınlaşmaq lazımdır, amerikanlar isə qorxularından 400-500 metrdən atəş açırdılar. Belə uzaq məsafədən açılan atəş nəinki tanka heç nə etmir, hətta dəymirdi; tankın pulemyotundan atəş açılan kimi amerikanlar qaçmağa üz qoyurdular. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий