Страницы

20.11.2017

Vyetnamda ABŞ ordusu bütün barizliyi ilə- “yandırılmış torpaq” taktikası, bütöv ölkənin ekosisteminin məhv edilməsi, dinc əhalinin kütləvi öldürülməsi və zorakılığı ilə özünü göstərdi. Hesablamalara görə, müharibə dövründə amerikan aviasiyası Vyetnamda adambaşına 100 kiloqramdan çox bomba yağdırmışdır. Amerikanlar qadağan olunmuş ağ fosfor bombalarından, boğucu və zəhərləyici qazlardan, klimatik silahlardan geniş istifadə etdilər. 1962-1971-ci illlər arasında ABŞ təyyarələri Vyetnam ərazisinə 77 milyon litr “Agent Oranj” və 44 milyon litr dioksin zəhəri səpdilər. Vyetnamın 16 faiz torpağı toksiki zəhərlə suvarıldı. Kimyəvi silah ölkə cəngəlliklərinin 60 faizini və meşələrinin 30 faizini məhv etdi. Təkcə 1969-cu ildə amerikanlar Cənubi Vyetnamda 285 min adamı qazla və 905 min hektar əkin sahəsini ximikatla zəhərlədilər. 3 milyon vyetnamlı ağır xəstəliyə yoluxdu, 18 yaşına kimi 1 milyondan artıq insan irsi ötürülən əlil oldu. Ximikat flora və faunaya ciddi zərər vurdu; 1 milyon hektar cəngəllik ərazisi zəhərləndi ki, həmin yerlərdən 132 növ quş, çoxlu heyvanat və çay balığı yoxa çıxdı. Ximikatın səpildiyi torpaqlarda bir daha bitki bitmədi. ABŞ-ın Vyetnama qarşı apardığı ekoloji müharibə- onun tarix boyu törətdiyi ən böyük cinayətlərdən biri sayılır. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий