Страницы

19.11.2017

ABŞ və ordusu tarixi miflərlə doludur. Məsələn, onu götürək ki ABŞ iddia olunduğu kimi 4 iyul 1776-cı ildə deyil, 10 il sonra müstəqil olmuşdur. 1776-cı ildə Şimali Amerika koloniyaları Britaniya hökumətinə qarşı sonradan partizan müharibəsinə çevrilən üsyana qalxmışlar. Özü özünü prezident elan etmiş Britaniya ordusunun keçmiş polkovniki Corc Vaşinqton ingilis qoşunlarının qorxusundan kənddən kəndə keçərək qaçaq həyat tərzi sürmüşdür. İngilis qoşunları başıpozuq qaçaq dəstələrinin öhdəsindən asanlıqla gələrdilər, lakin 1783-cü ildə Fransa İngiltərə ilə müharibəyə başladı və bu üsyançıların işinə yarıdı. Amerikadakı Fransa flotu üsyançıların tərəfində ingilislərə qarşı vuruşdu. İngilis qoşunları darmadağın edildi və nəticədə Amerika Birləşmiş Ştatları dövləti yarandı. Lakin amerikanlar həmin dəstəyə görə fransızlara minnətdarlıq etmək əvəzinə onlara arxadan bıçaq sapladılar. 1803-cü ildə Fransanın Avropada müharibəyə başı qarışmasından istifadə edən ABŞ Luizina torpağını onun əlindən alıb öz tərkibinə qatdı. Nəticədə Luiziana ərazisində bir neçə ştat yaradıldı. Bundan sonra iştahaya gələn amerikanlar həmin oyunu ingilislərin də başına açmaq istəsələr də, bu onlara baha başa gəldi. İngiltərənin Avropada müharibəyə başı qarışmasından istifadə edən amerikanlar Kanadanı onun əlindən almaq istəsələr də, az qala müstəqilliklərindən məhrum olacaqdılar. 1814-cü ildə amerikan təcavüzünə cavab olaraq ingilis ordusu irəliləyib ABŞ paytaxtı Vaşinqtonu Ağ Ev qarışıq yandırdı. Bundan sonra amerikanlar 84 il heç bir Avropa dövləti ilə müharibəyə girməyə cəsarət etmədilər, hindu və meksikanları qırıb çatmaqla məşğul oldular. 1861-1865-ci illər Vətəndaş Müharibəsi dövründə isə ölkə daxilində savaşaraq bir-birini 1 milyon nəfərə kimi qırdılar. Nəzərə alsaq ki, həmin dövrdə ABŞ-ın əhalisi 30 milyon nəfər idi, 1 milyon o dövr üçün böyük itki sayılır. Bu ilk növbədə onunla izah olunur ki, şimallılarla cənublular arasında gedən həmin müharibədə iştirak etmiş amerikan general və zabitlərinin nəinki döyüş qaydalarından başı çıxmırdı, hətta elementar taktiki detalları belə bilmirdilər. Ordudakı nizam-intizamdan isə heç danışmağa belə dəyməz. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий