Страницы

03.11.2017

Əbdul Qadir Əziz: Raqqa şəhəri azad olunmayıb, İŞİD terrorçularından alınıb başqa terrorçulara verilib

Suriya baş nazirinin müşaviri Əbdul Qadir Əziz mətbuata açıqlamasında bildirib ki, Amerika Raqqa şəhərini İŞİD-dən alaraq digər terrorçulara verib.
İnterAz Suriya mətbuatına istinadən xəbər verir ki, Əbdul Qadir Əziz Raqqa şəhərinin faciəvi vəziyyəti barədə mətbuat nümayəndələrinə müsahibə verib. O, Raqqa şəhərinin Amerika və İŞİD terrorçuları tərəfindən yerlə yeksan edildiyini bildirib: “Hal-hazırda bütün mətbuat Raqqanın azad olunduğunu yazırlar. Ancaq məsələ fərqlidir. Raqqa şəhəri Amerika qüvvələri tərəfindən İŞİD-dən alınaraq digər terrorçu qüvvələrə təhvil verib. Amerika ilk gündən bu şəhərin viran edilməsində maraqlı olub. İŞİD terrorçularının zəiflədiyini görən Amerika, Kürd silahlılarına (Suriya Demokratik Qüvvələri) dəstək verməyə çalışdı və hal-hazırda Kürd silahlıları Amerika qüvvələri ilə birlikdə İŞİD terrorçularının yerini tuturlar. İŞİD Amerikanın hazırladığı bir təşkilat olduğu kimi, Kürd silahlıları da Amerika tərəfindən silahlandırılıb”.
Əbdul Qadir Əziz Amerikanın Raqqadakı planlarını açıqlayaraq deyib: “Tramp hakimiyyəti Amerika xalqına terrorizmlə mübarizə apardığını göstərməyə çalışır. Bunun üçün də İŞİD-in paytaxtı hesab olunan Raqqanı ələ keçirib terrorçuları məhv etdiyini bildirdi. Lakin məsələnin əsli budur ki, Raqqa şəhəri tamamilə viran edilib, İŞİD əvəzinə digər silahlılar orada yerləşdirilib və Suriya hökümətinə qarşı yenidən öz çirkin niyyətlərini həyata keçirtmək üçün bu amildən istifadə edəcəklər”.

Комментариев нет:

Отправить комментарий