Страницы

01.11.2017

Gic gülmək tutmasın adamı, bəs neynəsin?

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -71

Yaşar Şahbazov: Müstəqillikdən, vətənpərvərlikdən dəm vuranların çoxu bankların qarşısında boynunu büküb pul dilənir. Milli qürurdan dəm vuranlar da var ki, qohum əqrəbəsi evlilik proqramlarında ər axtarır. Adama deyərlər rus düşməndirsə, niyə uşaqlarınızın çoxu rus sektorunda oxuyur? Qohumlarınız Rusiyada çalışır.
Vüsalə Məmmədova: Sözün düzü mən illərdi şəhərə gəzintiyə çıxmıram, çünki artıq o intellligent insanlar gözə dəymir. 1970-80-ci illər arası Torqovı adlanan (bizlər belə öyrəşmişik deməyə) şəhərin mərkəzində ən mədəni insanlar, istər yaşlı, istərsə də cavanlar gəzintiyə çıxırdılar. İndi isə..?
Namizəd Səfərov: Bakı şəhərinin müxtəlif ərazilərində bəlkə də 100-dən artıq oturuşmuş qul bazarı var. Bu bazarların daimi sakinləri on minlərlədir. Bu insanlar yalnız Allahın ümidinə qısılıb yaşayır, təsadüfi əldə edə biləcəkləri günəmuzd qəpik-quruşla ailələrini dolandırırlar.
Prosta Roma: Türk serialları millətin evin yıxdı. Bəzi azəri qadınları elə bilirlər ki, həyat StarTV-də gedən gicgici turk seriallarındakı kimidir.
Bəhram Abdullah: Özünü türkəsilli hesab edən kimsə nə vaxtsa türkmənlə, qazaxla, özbəklə, qırğızla, uyğurla və sair digər qıyıqgözlü türkəsillilərlə rastlaşanda onlara sual versin ki, bizə diqqətlə baxın, görün biz sizlərdənik, yoxsa o birilərdənik? Onda əsl türkəsilli qıyıqgözlülər sənə çox diqqətlə baxıb nə cavab versələr bil ki, düz cavabdır. Ya deyəcəklər bizlərdənsən və ya da deyəcəklər ki, yeri get alə hardan bizdən oldun? Yumrugözlü hara, qıyıqgözlü hara? Axı sənin bu sir-sifətindən bir qram da olsun bizə oxşarlığın yoxdur. Onda həqiqət sənə gül kimi aydın olar).
Şahin Əkbərli: Fikir vermişəm Rusiya xristian dövləti ola-ola televiziyaları daha maraqlı, intellektualdı, amma Türkiyəyə baxırsan- pozğun-pozğun seriallar, əxlaqsız evlənmə proqramları.
Elmir Səfəvi: Əziz qardaş, bizim pantürklərin yalançı tarixinə heç fikir vermə. Əsl tarixçilər var ki, araşdırırlar, danışırlar, onlar çox gözəl bilirlər kim nədir. Sadəcə olaraq sionistlər İranla düşməndir deyə İranın adını hər yerdə pisləyirlər. İnşallah Allahın köməyi ilə hər şey bərqərar olacaq və haqq oz yerini tutacaq. Bizdə dərin tarixi məlumatlar və mənbələr olmasa da, İranda hamısı qorunub saxlanılır və lazımi vaxtda bütün arxiv açılacaq.
Zeynəb Cəfərli: Gül kimi Sovet dövlətinin axırına çıxdılar, indi qalımışıq mələyə-mələyə...
Səxavət Əliyev: Atatürk 45 min asdırıb, amma mələk kimi sırınır bizə.
Ceyhun Salahov: Hər kim ki birini İrana işləməkdə günahlandırırsa, o kəs mütləq İsrailin nökəridi.
Amin Hüseynov: 7 il işləmişəm Türkiyənin 4-5 şəhərində, and olsun Allaha, hər yerdə aldadıblar. Bir-bir adlarını da yaza bilərəm müdirlərin və iş sahiblərinin.
Rafael Əsədzadə: Az edirlər ruslar, milyonlarla azərbaycanlıya çörək pulu verirlər? Türkiyə bunu edirmi? Ay elədi a!
İbrahim Quliyev: İndiki məmurlala bizlər birtəhər yola getdik. Vay gələcək nəslin halına, onlar indiki məmurların harınlamış, vəhşiləşmiş balaları ilə bir cəmiyyətdə yaşamalı olacaqlar... Vay halına, millət!
Vüqar Aslanov: Osmanlı qoşunları hələ Bakıya girməmiş osmanlı sultanının maliyyə müşaviri Həmdi bəy İstanbulda ikən Rəsulzadə qarşısında neft mədənlərinin onların izni olmadan istifadəsi, satışını qadağan edən şərt qoymuşdur. Osmanlı qoşunları Bakıya daxil olarkən ilk işləri mədənlərin işinin bərpası və fəhlələrin silah gücünə işlədilməsiylə bağlı oldu, çünki osmanlılara və almanlara neft lazım idi. Hər gün 23 sisternadan az olmayaraq orta hesabla sutkada 44 sisterna neft daşınaraq Tiflisə aparılırdı. Burada neftin yarısı Alman işğalçılarına verilir, yarısı isə Anadoluya göndərilirdi. Bunun qarşılığında nəinki Müsavat hökumətinə pul ödənmirdi, hələ üstəlik osmanlı qoşununun saxlanma xərci tamamilə yerli əhalinin üzərinə qoyulurdu. 1918-ci il iyun ayının 21-də osmanlı paşası Azərbaycan xalqı üzərinə müharibə təzminatı qoymuş, nəticədə əhalinin qarət olunmasına başlanmışdı. Türk tarixçiləri yazırlar ki, Bakıdan İstanbula o qədər neft daşınıb gətirildi ki, nəticədə Anadoluda neftin qiyməti 10 dəfəyə qədər ucuzlaşdı. Sərvəti talan olunub daşınan bir müstəmləkə məmləkətin hansı müstəqilliyindən, hansı milli ordusundan söhbət gedə bilərdi, bunu ancaq xəyalpərəstlər və nağıllara inananlar düşünə bilər.
Səttar Məmmədov: Rusun vaxtı Bakı zavodları avtomobil şini, radio, televizor, soyuducu, kondisioner, müxtəlif ağır dəzgahlar, reaktiv motorlar buraxırdı. Kürdlərin müstəqil Azərbaycanında isə sok, çörək və “Çiko” tumları zavodu var.
Əkrəm Məlikov: Kim nə deyir desin, artıq heç kimin kəmağıl fikri mənim üçün önəmli deyil. Bu ölkəyə Vitali, Oleq, Timofey gəlməsə, bu özbaşına kürd sürüsü millətin sonuna çıxacaq. 40 qəpiklik “Tempalqin” həbini 80 qəpiyə satırdılar. Bayaq girib aptekden dərman almaq istəyirəm, əczaçı deyir ki, “qardaş, 2 manat 40 qəpiyə başa gəlir deyə artıq gətirmirik, onu gətirib mən neçəyə satım?” Belə ölkə elə işğal olunsa yaxşıdır. Başağrı dərmanı- 2 manat 40 qəpik. Həm də tapılmasın. Bu ölkəyə Böyük Rus qoşunu girməlidir!
Cavid Nurusczhe: Düşmənin qorxduğu ən böyük toplum Hüseynçilərdi. Hər yolla bu toplumu zədələməyə, məclislərin keçirilməyinə maneçilik törətməyə, ələlxüsus daxildən çürük meyvələr yetişdirməyə çalışırlar.
Ramin Qardaşxanov: 22 yaşı var, indi oturub mənimlə SSRİ vaxtında Rusun köləsi olduğumuzu başa salmaq istəyir. Deyirəm, ay cavan oğlan, hələ get indiki ağalarının sayını öyrən, sonra gəlib mənə mənim kiminsə köləsi olmağımı araşdırarsan. Qayıdır ki əsas odur ki müstəqilik. Müstəqil ha... Gic gülmək tutmasın adamı, bəs neynəsin?
Vüqar Məmmədov: Görəsən bizdə dəqiq işləyən hansısa qurum var? Pulun hakimlik etdiyi yerdə hava proqnozu da yalan çıxır.
Dr. Əli Şəriəti: “Kərbəla hadisə deyil, məktəbdir”.
Əmrulla Şirvanov: Dağlıq Qarabağ münaqişəsində tərəf Rusiya deyil, ABŞ da deyil, tərəf ABŞ başda olmaqla beynəlxalq dünya imperializmidir. Qarabağ münaqişəsi SSRİ-ni dağıtmaq planının tərkib hissələrindən biri idi. SSRİ dağılandan sonra isə onun bərpa olunmaması üçün iki xalq, dövlət arasında ziddiyyətlərə son qoymamaq, onları daha da dərinləşdirmək üçün böyük siyasət yeridildi. Bu siyasət indi də davam etdirilir və etdiriləcək də.
Rauf Qubadov: Bu yaxınlarda D.Medvedyev Qazaxıstanda səfərdə olub. Bütün qiymətlər, o cümlədən benzinin qiymətinin aşağı düşməsi Avrasiya Respublikalarında gözlənilir. Azərbaycandakılar isə xalqa yeni nağıllar uydurub dilənçiliyi və dilənçilərə köməyi təbliğ edirlər. Yeri gəlmişkən, neft olkəsində dilənçilərin sayı analoqsuz artır...
Aftandil Babayev: Evdəki köhnə şəkillərə baxırsan, SSRİ vaxtında tələbələr və ya əsgər gedənlər boylu-buxunlu, maraqlı saç düzümləri, qalın bakinbordları olan, trapes şalvarlı italyanlara bənzəyən cavan bığıburma gənclərdi. Kosmos bilir bu 26 ildə nə yedizdirdilər millətə, genefondu belə dəyişdilər!
İlqar Bədəlov: Rusiyaya hamı hörmətlə yanaşmalıdır. Biz gözümüzü açandan Rusun bizə olan qayğısını, Rusun qayda-qanununu görmuşuk. Çoxları bilmir ki, məhz buna görə biz indiki haqsızlıqlara dözmək istəmirik.
Qəmlo Əsədullah: Xəbərdə deyilir ki “Azərbaycan Beynəlxalq Bankı”ndan sonra “Azərbaycan Dəmir Yolları” da xarici borcların restrukturizasiyasına hazırlaşır. Yəni bu defolt deməkdir, bankrot olmaq deməkdir. Bu təşkilat da xarici borclarını ödəyə bilmir və bu borclar xalqın boynuna yatır. Axırda da deyilir: “Xatırladaq ki, Azərbaycanın dövlət şirkətləri- SOCAR, “Azərbaycan Dəmir Yolları”, AZAL, “Azərenerji” və digərləri son illərdə milyardlarla dollarlıq xarici borcun altına giriblər. Bu, beynəlxalq maliyyə təşkilatlarından alınmış kreditlər hesabına baş verib”. Azərbaycanda qısa müddətli stabillik bax belə vəhşi idarəçiliyin nəticəsi idi. Neft pulları ilə zahirən guya inkişaf gedir görüntüsü yaratmışdılar. Camaat da aldandı... Əslində isə neft pulları qarət olunurdu, lazımsız projelərdən milyardlarla pul yeyilirdi, sonra da milyardlarla kredit götürülürdü. Bu kreditləri də yeyirlər və borcu dövlətin, xalqın boynuna atırlar. Bu az deyilmiş kimi ölkəni xaricilərin qarətinə də məruz qoyurlar. 
Hikmət Babayev: Bilge Tonyukuk, tarixçilərimiz, propoqandaçılarımız deyir, ruslar olmasaydı indi regionun superdövləti olacaqdıq! Ələ salınmalı haldadı bu gopologiya!
Nəzakət Məmmədova: Əslində Duqin Qumilyovun yolunu davam etdirir həm də. Türk-rus birliyi, “степ и леса”. Avrasiyanın quru dövlətlərinin su dövlətlərinə qarşı birləşməsi. Tellurokratiyanın talossokratiyaya qarşı mübarizəsində həmrəylik. Biz özümüz də kontinent ölkəsiyik, digər türk dövlətləri də həmçinin. Hazırda Türkiyənin dənizlərə çıxışı olsa da, türklər tarixən köçəri çöl xalqı olublar. Düşüncə tərzi də buna uyğundur. Biz istəsək də, istəməsək də Rusiya ilə kader bağlarımız var və olacaq. Atlantizm bizə yad mədəniyyətdir, biz çöl xalqıyıq, düşüncəmiz Qərbdən daha çox Asiyaya yaxındır.
Rəhim Həsənli: Bir ölkədə ki, dilçi alim ləhcə ilə danışır, belə ölkədə milli kimlik axtarmaqdansa “mayva yimax” yaxşıdır. Bunu ona görə yazıram ki, mən bütün meyvələrdən iyrənirəm, “mayva yimax” isə mənim üçün intihar kimidir.
Tural Qasımov: Gərək almanlar bizi tutsaydı yaxşı olardı zırrama komediyasına.
Nadir Qocabəyli: Bizə sivil dünyanın bütün dəyərləri Rusiyadan keçərək gəlib. SSRİ zamanında anadilli milli təhsilimiz formalaşıb və az qala rusdilli təhsil səviyyəsinə yüksəlib. Biz çox gözəl orta və ali məktəblərdə ana dilimizdə dünyəvi təhsil almışıq, bizim üçün Rus və ya Azərbaycan dilində təhsil almaq sırf şəxsi seçim olub və respublikamızda milli təhsilə üstünlük verilib.
Rüstəm Hüseynov: Kərbəlada Füzulinin, Hələbdə Nəsiminin məzarlarından xəbəri olan varmı? Bu şairləri özününkü hesab edən Azərbaycan və Türkiyə hökumətləri bununla maraqlanırmı? Yoxsa bunlara sahiblik edən yeganə dövlət- Sovet dövləti idi?
Elxan Xəlilov: Gözünüz aydın, daha hər yerdə vayfay olacaq... Xalq sevinir. Əşşi, aclıq olsun, kef olsun. Əsas odur ki turistlər narazı qalmasın.
Fərhad Həsənzadə: Azərbaycan KİV-ləri Qərbin, NATO-nun, İsrailin və Türkiyənin əlindədir. Türkiyənin deyəndə, Türkiyə özü onların əlində çabalayır. Неç görmədik ki, Azərbaycan mediası bir dəfə müstəqil xəbərlər verə.
Zahid Mikayılov: Sovet dövlətinin zəhərini yemək belə müstəqilliyin yağ-balını yeməkdən yaxşıdır.
Mirhafiz Cəfərzadə: Belorus keçmiş Sovet respublikaları içәrisindә әn inkişaf etmiş vә stabil bir ölkәdir. Özü dә istehsal etdiyi hәr şey keyfiyyәti ilә şeçilir.
Təranə Əliyeva: Osmanlının tarixən Azərbaycanın dostu olmadığını nəzərə alsaq, iki dövlət bir millər şüarına son verilməlidir!
Elxan Zaman: Rusların işğalı bizi millət kimi formalaşdırdı. Türkiyəyə qoşulsaq, assimilyasiyaya uğrayıb kimlik və mədəniyyətimizi itirəcəyik, hətta x, ə kimi hərflər də dilimizdən silinəcək... 
Zərdüşt Əlizadə: Azərbaycan bir neçə oliqarxın arasında bölünüb.
Əli Şərif: Kürdlərin fikrincə hardan bir kürd keçib, ora Kürdistandı! Saxta xəyali Kürdistan. Mənim toprağıma xor baxının gözünü çıxardaram.
Qoşqar Əhmədov: A qardaş, başa düş birdəfəlik, gedən qlobal oyunlarda sənin-mənim ölkəmin önəmi dəryadan damladı. Elə Qarabağ zibilini bizim başımıza Qərb, ABŞ kəşfiyyatı gətirdi, necə ki keçmiş SSRİ-nin başqa nöqtələrində də süni şəkildə qaynar nöqtələr yaratdılar, qırğınlar törətdilər. Əgər başa düşmürsənsə deyim başa düş. Heç nə, xüsusi xidmət orqanları soxuldular KQB-nin içinə ən yüksək postlara, Qorbaçovu aldılar əllərinə, camaatı qırdırdılar, sonda Nobel verib mələk elədilər. Soruşacam xəbərin var, oxumusan Promotey planını, oxumusan Horvard və ya Hyüston proyektlərini, deyəcəksən yox. Soruşacam geopolitikaya aid kimlərin hansı kitablarını oxumusan, mənə Əbdülhəmiddən, Sultanəhçəddən danışacaqsan.

Комментариев нет:

Отправить комментарий