Страницы

24.11.2017

İraq müharibəsi

 17 yanvar-1 mart 1991-ci il dövrünü əhatə edən birinci İraq müharibəsi ABŞ üçün faciəli oldu. Amerikanlar təkcə 6 gün ərzində- 24 fevraldan 1 marta kimi 15 min əsgər, 600 tank və 150 təyyarə itirdilər. Amma sionistlərin əlində olan mətbuat dünya ictimaiyyətini ABŞ-ın İraq üzərində qələbə çaldığına inandıra bildi. Əslində heç bir qələbə əldə edilməmiş, ABŞ sözün həqiqi mənasında uduzmuşdu. Nə Səddam Hüseyn taxtdan salınmış, nə də Küveytdəki və Cənubi İraqdakı quru qoşunlar məğlub edilmişdi. ABŞ planlaşdırdığı kimi öz liberal marionetkalarını İraq hakimiyyətində otuzdura bilməmişdi. Amerikan ordusu böyük itkilər verərək faciəli duruma düşmüşdü.
 Ən qəribəsi də odur ki, ABŞ ordusunun döyüş qabiliyyətinin aşağı səviyyədə olması hər müharibədən müharibəyə daha aydın nəzərə çarpsa da, orduda heç bir ciddi islahatlar aparılmır və şəxsi heyətin lazımi hazırlığı üçün tutarlı addımlar atılmırdı. 19 mart-9 aprel 2003-cü ili əhatə edən ikinci İraq müharibəsi zamanı ABŞ faciəli durumdan çıxış yolunu İraq elitasının pulla alınmasında gördü. ABŞ köhnə ssenarisini işə saldı. İraq hökumətinin vacib simalarından olan baş nazirin müavini Tarik Əziz amerikanlar tərəfindən satın alındı. Tarik Əziz İraq ordusunun kapitulyasiyasını təşkil elədi və müharibədən sonra Londona köçərək orda rahat yaşadı.
 ABŞ aviasiyasına qan ağladan İraqın havadan müdafiə qüvvələri məhz Tarik Əzizin səyləri nəticəsində amerikanların Bağdada girməsinə iki gün qalmış öz fəaliyyətini dayandırdı. Amma xəyanətkarlığa baxmayaraq ABŞ-ın ikinci kampaniyada itkiləri birinci kampaniyadakından da ağır oldu. İraq siyasi elitasının və satqın generalitetin kapitulyasiyasına baxmayaraq İraq xalqı işğalçılara qarşı kəskin müqavimət göstərdi. Xüsusən şiə silahlı qrupları amerikan əsgərlərinə olmazın problemlər yaratdılar. Müharibənin ilk fazasında- 2003-cü ilin 19 martından 15 aprelinə kimi iraqlılar 14 min amerikan və 2 min ingilis əsgərini məhv etdilər. 2003-cü ilin mayından dekabrına kimi 40 min, 2004-cü ildə isə 100 min amerikan hərbçisi öldürüldü.
 2003-cü ilin 19 martından 4 aprelinə kimi iraqlılar Bağdad səmasında hər gün 10-12 amerikan təyyarəsi vurub saldılar. Paytaxtdan başqa, havadan müdafiə qüvvələri Kərkük, Mosul və Tikritdə də düşmən aviasiyasına kəskin müqavimət göstərdilər. Elə “məhsuldar” günlər olmuşdu ki, iraqlılar ABŞ ordusunun onlarla “Apaç” hücumçu vertolyotlarını məhv etmişdilər. 90 yaşlı iraqlı qocanın 1895-ci il istehsalı olan köhnə tüfənglə ABŞ-ın “Apaç” vertolyotunu vurub salması kadrları bütün dünyanı dolaşdı və insanları təəccübə saldı.
 2003-cü ildə ABŞ İraqda 600 tank və 400 təyyarə itirdi. Elə müharibənin ilk saatındaca- Bağdada aviasiya hücumu zamanı ABŞ-ın 18 ədəd geniş reklam olunan, “gözəgörünməz” adı qoyulmuş “Stels” texnologiyalı bombardmançı təyyarələri vuruldu. İraq müharibəsində məlum oldu ki, “Stels” təyyarələri heç də görünməz deyilmiş. Bu təyyarələr ancaq ABŞ və NATO radiolokatorları üçün görünməz idilər, amma iraqlılar əllərində olan Sovet radiolokatorları ilə onları asanca aşkarlayır və vurub salırdılar.
 Birinci və ikinci İraq kampaniyası arasında- 1992-2002-ci illər ərzində də İraq ərazisinə hücumlar edən ABŞ və İngiltərə aviasiyası çoxlu itkilər vermişdir. Həmin müddət ərzində İraq havadan müdafiə qüvvələri peşəkarlıq nümayiş etdirərək hər il təxminən 30-50 ABŞ və 10-12 İngiltərə təyyarəsi vurmuşlar. 2003-cü ilin yanvarında İraqın havadan müdafiə sistemini məhv etmək tapşırığı ilə 200 ABŞ və İngiltərə təyyarəsi ölkəyə basqın etdi. Yeddi ay yarım ərzində bu məqsədlə həyata keçirilən hücumlar zamanı ABŞ 250, İngiltərə 50 təyyarə itirdi, İraq havadan müdafiə qüvvələrinə isə heç bir xəsarət dəymədi. İraq müharibəsi İngiltərəyə daha ağır başa gəldi. 2000-2002-ci illər ərzində İraqa hava hücumları zamanı İngiltərə öz aviasiyasının çox hissəsindən məhrum oldu. 2001-ci ilə kimi 300 döyüş təyyarəsinə malik olan İngiltərə ordusunun 2003-cü ilin martında cəmi 110 döyüş təyyarəsi qalmışdı, onun da 60-ı xarab idi. Nəzərə almaq lazımdır ki, koreyalılar kimi iraqlılar da ABŞ və NATO təyyarələrini Böyük Vətən Müharibəsi dövründən qalma Sovet texnikası ilə vurub salırdılar. ABŞ zirehli texnikası da İraqda özünü gözlənildiyi kimi göstərə bilmədi. Geniş reklam olunan “Abrams” tanklarını köhnə Sovet silahları ilə asanca məhv etmək olurmuş.
 Həmişə olduğu kimi ABŞ müdafiə nazirliyi İraqdakı itkiləri də ciddi-cəhdlə gizlətməyə çalışdı. Müstəqil araşdırmalardan birində deyilir ki, ABŞ ordusu İraqda 2003-cü ilin 19 fevralından 31 dekabrına kimi 50 min əsgər itirmişdir. Avropa ekspertlərinin hesablamarından məlum olur ki, təkcə 2003-cü ilin yayında İraqda 3 min amerikan əsgəri öldürülmüşdür. Jurnalist təhqiqatlarına görə 2003-cü ilin iyun-avqust aylarında Bağdadda hər gün 3-5 amerikan əsgəri həlak olmuşdur. Pentaqonun rəsmi nümayəndəsinin verdiyi xəbərə görə, 16 noyabr 2003-cü ildə Mosul yaxınlığında 2 ABŞ transport vertolyotu vurulmuş, 40 amerikan əsgəri öldürülmüşdür. Əgər ABŞ-ın müttəfiqləri olan kürdlərin nəzarət etdiyi Mosulda bir gün ərzində 40 amerikan əsgəri öldürülür və 2 vertolyot vurulursa, onda qeyri-stabil ərazilər sayılan Bağdad və başqa şəhərlərdə amerikanların başına hansı faciələrin gəldiyini təsəvvür etmək çətin deyil. Mətbuatın bir məlumatında deyilir: “7 noyabr 2003-cü ildə Tikrit şəhəri ərazisində 2 amerikan vertolyotuna daşınan zenit raket kompleksindən atəş açılmışdır. Vertolyotlardan biri partlamış və 6 nəfər həlak olmuşdur. İkinci vertolyot vurulsa da, yerə enə bilmişdir. Həmin vertolyotda yaralananlar içində ABŞ baş hərbi prokuroru general-mayor Tomas Roulinq də olmuşdur”. Əgər 2003-cü ilin may-iyun aylarında İraqda amerikan əsgərlərinə gündə təxminən 20 dəfə hücum olunurdusa, yayın axırlarında bu hücumlar artaraq gündə 100 dəfəyə, payızın axırlarında isə gündə 200 dəfəyə çatmışdı! İraqlılar üçün amerikanların zirehli “Xammer” maşınlarını 300-400 metr məsafədən qranatomyotla vurub partlatmaq adi hal almışdı.
 İraq müharibəsi dövründə ildə 150 min nəfərə xidmət göstərməyə hesablanmış ABŞ-ın Uolter Rid adına baş hərbi hospitalında yaralı əlindən tərpənmək mümkün deyildi. Get-gedə artan valideyn narazılığı kütləvi etiraz aksiyalarına keçməsin deyə ABŞ hökuməti həlak olmuş hərbçilərin ailələrinə verilən birdəfəlik yardımın miqdarını 6 min dollardan 12 min dollara qaldırmışdı. ABŞ-da ölmüş hərbçilərin valideynləri hay-küy qoparmasınlar deyə bəzən onların ailələrinə rəsmi pensiyadan başqa böyük məbləğdə kompensasiya da verirlər. Belə kompensasiya qanunda göstərilmədiyindən hər ailə ala bilmir, yalnız mətbuata çıxaraq şikayət yağdıran, necə deyərlər demoqoqluq edən hərbçi ailələrinə verilir. Həmin kompensasiyanı verərkən ailənin dilindən kağız alınır ki, əsgərin hansı şəraitdə həlak olduğunu bir də heç yerdə açıqlamayacaqlar. Ələbaxan mətbuat da öz növbəsində ölmüş hərbçidən bəhs edərkən onun qəhrəmanlığını önə çəkir və “vətən qurban tələb edir” diskursu üzərində dayanaraq ailənin faciəsini ört-basdır etməyə çalışır. Əsgərlərə bloq işlətmək və internetdə yazışmaq da qadağan olunmuşdur ki, təfərrüatlar üzə çıxmasın.
 Qeyd etmək lazımdır ki, ön cəbhədə vuruşanların 80 faizi ABŞ vətəndaşlığı almamış latınoamerikanlar olduğundan onlar öləndə ABŞ-ın itkiləri siyahısında yer almırlar. İraqda polis, mühafizə və təlimatçı kimi işləyənlərin çoxu ABŞ silahlı qüvvələrinə aid olmadıqlarından və muzdlu xidmət göstərdiklərindən onlar da öləndə ordu itkiləri siyahısına salınmırlar. Bundan başqa, ABŞ meyarlarına görə, terror aktı zamanı həlak olanlar yox, yalnız üzbəüz döyüşdə həlak olanlar itkilər siyahısına salınırlar. Məsələn, iraqlı mücahid küçəni patrul edən amerikan əsgərlərinə qranat sıxırsa və onlar qırılırsa, bu əsgərlər xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş yox, terror aktı zamanı həlak olmuş sayılırlar. Əgər əsgər yaralanıbsa və hadisə yerində yox, hospitalda ölübsə o da ordu itkisi sayılmır. Məsələn, əsgər İraqda yaralanmışsa və ABŞ-a gətirilərək burda hospitalda ölmüşsə, bu müharibə itkisi hesab olunmur. Minaya düşmüş maşınlarda həlak olmuş hərbçilər də ordu itkisi siyahısına salınmır, terror qurbanı hesab olunurlar. Mina müharibəsi isə iraqlıların və əfqanlıların amerikanlara qarşı apardığı mübarizənin əsas özəyini təşkil etmişdir.
 ABŞ hərbi avtokolonnası iraqlı müqavimətçilərin hücumuna tuş gəlmişdi. Hücumçular avtokolonnanın başındakı və axırındakı maşınları qranatomyotla vurmuşdular və orta qalmış yük maşınlarına atəş açmağa başlamışdılar. Maşınlardakı əsgərlər yolun qırağındakı dərəyə tökülüşmüşdülər və yerə yatmışdılar. Çaş-baş qalmış sürücülər maşınları atəş altından çıxarmaq üçün həmin dərəyə sürmüşdülər, bu zaman yerə uzanmış əsgərlər təkərlərin altında qalmışdılar. Kuzovunda yerə tökülməyə macal tapmamış əsgərlər olan maşınların bir neçəsi aşmışdı. Çoxlu sayda əsgər və sürücülər ölmüşdü. Həmin hadisənin araşdırılması zamanı bədənində güllə və qəlpə izi olmayan meyidlər ordu itkiləri kimi yox, yol-nəqliyyat qəzası qurbanları kimi sənədləşdirildi.
 Mütəxəssislərin fikrincə ABŞ-ın İraqdakı kolossal itkiləri ilk növbədə əsgərdən tutmuş generala kimi amerikan hərbçilərinin professional keyfiyyətlərinin yetərincə olmaması ilə bağlıdır. İraq müqavimətçiləri üçün küçə ilə gedən amerikan patrullarına qranat tullamaq adi hal olmuşdu, çünki müqavimətçilər amerikanların atıcılıq qabiliyyətinin zəif olmasını gözəl bilirdilər. Amerikan bazalarının minomyot, qranatomyot və toplardan tez-tez atəşə tutularaq yerli-yeksan edilməsi isə onu göstərirdi ki, amerikanlar baza yerini düzgün seçməyi və müdafiə sistemini dayanıqlı qurmağı bacarmırlar. Amerikan hərbi bazalarının yaşayış hissəsi brezent palatkalardan qurulduğundan minomyot bombardmanı zamanı çoxlu sayda əsgər həlak olurdu. Komandanlıq İraqda uzun illər mütəmadi olaraq hücuma məruz qalan, mərmi atəşinə tutulan əsgər heyətini brezent palatkalar əvəzinə bunkerlərə, ya da dəmir-beton divarlarla qorunan baraklara yerləşdirə bilərdi, ancaq bunu etmirdi. Amerikanların Bağdaddakı blokpostlarının mediada yayımlanan görüntüləri hərbi mütəxəssislərdə gülüş doğururdu. Həmin blokpostlar beton bloklarla bərkidilmək əvəzinə adi qazılmış çuxurdan ibarət idi. Belə blokpostda nəinki mərmidən, heç pulemyot atəşindən belə qorunmaq mümkün deyildi. Minomyotlardan həmin blokposta tərəf atılmış mərmi ora sığınmış 10-12 əsgəri tikə-tikə edirdi.
 İtkilərin çoxluğunu nəzərə alan amerikan komandanlığı piyada patrulları zirehli texnika ilə əvəz etdi. Artıq amerikan əsgərləri küçələrdə piyada gəzməyə qorxurdular. Əsgərlərin İraq şəhərlərinin küçələrini gecələr, özü də zirehli maşınlarda patrul etməsi taktikası özü də səhv idi. Gecələr müqavimətçilər daha rahat işləyirdilər: amerikanlar tez-tez qranatomyot zərbəsinə tuş gəlir, ya da minaya düşürdülər. Komandanlığın axmaqlığı ona gətirib çıxardı ki, amerikanlar İraqın əsas regionlarında, xüsusən də Bağdad ərazisində nəzarəti tam itirdilər.
 31 mart 2004-cü ildə İraqın Fəllucə şəhərində amerikan əsgərlərinin küçələrdə dinc sakinlərə atəş açmasından bezən yerli camaat “Blekuoter” mühafizə xidmətindən kontraktniklərə hücum etdilər. Fəllucəlilər öldürdükləri 4 “Blekuoter” hərbçisinin meyidini küçələrdə sürüdükdən sonra şəhər körpüsündən asdılar və bu kadrlar dünya telekanallarında göstərildi. ABŞ ictimaiyyəti gördü ki, iddiaların əksinə olaraq amerikan ordusu İraqa nəzarət etmək iqtidarında deyil. ABŞ müdafiə naziri Donald Ramsfeld onun reputasiyasına ciddi zərbə vurmuş Fəllucə əhalisinin cəzalandırılması əmrini verdi. 4 aprel 2004-cü ildə Fəllucə şəhərinə 6 min ABŞ əsgəri yeridildi. Lakin şəhər sakinləri kəskin müqavimət göstərdilər. Pis silahlanmış fəllucəlilər təpədən dırnağadək silahlanmış ABŞ əsgərlərinə qan uddurdular. Fəllucənin tutulması işində nə ABŞ-ın qorxunc vertolyotları, nə geniş reklam olunan superdəqiq raketləri, nə də ki hər şeyə qadir xüsusi təyinatlıları heç nə edə bilmədi. Şəhərin aviasiya tərəfindən 200 kiloqramlıq bombalarla bombalanması da kara gəlmədi. Ağır itkilər ucbatından amerikan komandanlığı 28 apreldə məcbur qalıb Fəllucə ağsaqqalları ilə sülh müqaviləsi bağlamalı oldu.
 Fəllucəyə hücumda amerikanların ən böyük taktikası o idi ki, “Metalliqa” rok-qrupun ağır musiqilərinin yüksək sədaları altında şəhərin müdafiəçilərinə psixoloji təsir göstərməyə çalışırdılar. Uğursuz cəhddən yarım il sonra- 8 noyabrda amerikanlar yenidən Fəllucəyə hücum etdilər. Bu dəfə şəhərə 25 min əsgər və saysız-hesabsız texnika yeridildi. Onlara qarşı cəmi 4 min şəhər əhalisi müqavimət göstərdi. Amerikanlar şəhərə 4 istiqamətdən girməyə çalışsalar da, bütün istiqamətlərdə ilişərək irəliləyə bilmədilər və ağır itkilər verdilər. Cəmi 3 gün ərzində ABŞ ordusunun 11 “Abrams” tankı, 22 “Xammer” zirehli maşını, 11 döyüş vertolyotu, içində 60 əsgər olan 1 transport vertolyotu, 2 döyüş təyyarəsi, 5 pilotsuz kəşfiyyat təyyarəsi vurulub məhv edildi. Yeni məğlubiyyətin iyini duyan ABŞ komandanlığı Fəllucənin havadan bombalanması əmrini verdi. Aviasiya bombardmanı nəticəsində Fəllucə şəhəri demək olar ki, Yer üzündən silindi. Amerikanlar Fəllucəni yalnız bütün dünyada qadağan olunmuş kimyəvi silah ilə bombalayandan sonra tuta bildilər. Fəllucə döyüşlərində amerikanlar 1500-ə yaxın əsgər itirdilər. Kiməyəvi bomba şəhəri bir günə saldı ki, həkimlər indi də fəllucəli qadınlara doğmağa icazə vermirlər.
 ABŞ əsgərləri İraqda şücaətləri ilə fərqlənməsələr də, dinc əhaliyə heç nədən atəş açma, meyidlərin təhqir olunması, Quranın yandırılması, zorakılıq və talançılıqları ilə yadda qaldılar. ABŞ-ın İraqdakı əməliyyatlarına komandanlıq edən generalı Ceyms Mettisin mətbuata dediyi kimi, “döyüşmək və öldürmək necə də böyük şənlikdir, insanları üzbəüz güllələmək necə də zordur”!

İbrahim Sel, “Amerikan ordusu haqqında mif”

Комментариев нет:

Отправить комментарий