Страницы

22.11.2017

Qrenadaya müdaxilə zamanı ABŞ speçnazı yenə özünü gülünc vəziyyətdə göstərdi. Məlum oldu ki, ABŞ vertolyotlarının zərbələrinə koordinasiya vermək üçün sahilə göndərilən üzgüçülər- “suiti” adlanan xüsusi təyinatlılar dənizdə boğulub ölmüşlər. 25 oktyabr 1983-cü ildə 500 ABŞ əsgəri Qrenadanın Poynt-Selaynz aeroportunda paraşütlə yerə tullandılar ki, ətraf ərazini təmizləyib təyyarələrin enişi üçün şərait yaratsınlar. Lakin aeroportda tikinti işləri aparan Kuba fəhlələri onları yerdən atəşə tutdular. İşlər ştabda planlaşdırıldığı kimi getmədiyindən reyncerlər çaş-baş düşdülər. Onlar uçuş-eniş zolağının kənarına sıxılaraq yerə uzanıb qaldılar və çoxlu itki verdilər. Qrenadanın Perls aeroportuna desant olunan 250 ABŞ dəniz piyadası da kubalıların müqaviməti ilə üzləşərək çıxılmaz vəziyyətə düşdülər. Məhz burada Rus “Kalaşnikov”larının Qərbin MP5 avtomatlarından üstünlüyü üzə çıxdı: Kubalılar “Kalaşnikov” avtomatı ilə ABŞ əsgərlərini 300 metrdən rahat vursalar da, ABŞ əsgərlərinin atdığı güllələr onlara gəlib çatmırdı. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий