Страницы

12.11.2017

Rövşən Ağayev: 
-Buna şubhə yoxdur ki, Rus milləti başqa millətlərdən fərqli olaraq çörəkverən millətdir. Mən özum 10 il Rusiyada yaşamışam, pul qazanmışam. O pulla torpaq aldım, ev tikdim, Azərbaycana qayıtdım (çox təəssuf edirəm gəlməyimə). Burda çörəkpulu qazanmaq üçün bir balaca biznes qurdum, 4 ildən sonra bankrot oldum. Çünki halallıqla tər-təmiz işləmək, qanuni yolla işləmək bizim dövlət üçün gəlməyib. Bizdə pulun bərəkəti yoxdur. İndi işsizəm. İşləməyə iş yoxdur. Rusiyada pul qazanmaq bizim millət üçün sərfəlidir. O biri dövlətlərə baxanda Rusiya ən humanist dövlətdir. İŞİD qaniçənlərinin axırına çıxan da Rusiya oldu, çünki qüdrətli dövlətdir. Ola bilər kimsə mənim fikrimlə razılaşmaz, amma Rusiya MATUŞKA ROSSİYAdır. Rusiya olmasa bu dövlət bir günə batar, xalq açından ölər. Onsuz da millət pis gündə yaşayır, bizim dövləti idarə edənlər ağı qaradan ayıra bilmirlər, öz ciblərinə xatır xalqı məhv edirlər.

Комментариев нет:

Отправить комментарий