Страницы

18.11.2017

Rusiyanın təlim keçdiyi speçnaz 250 vahhabi terrorçusunu əsir götürdü


Suriya ordusu Havicə Kate adasının azad edilməsi əməliyyatı zamanı 250 vahhabi terrorçusunu əsir götürmüşdür.
Məğlubiyyətə uğrayan terrorçular geri çəkilərək dinc əhalinin yaşadığı rayondakı evlərdə gizlənməyə çalışmışlar. Suriya ordusunun təslim olmaq barədə bir neçə təklifindən imtina etdikdən sonra onlar hücum nəticəsində ələ keçirilmişlər.
Dinc əhali arasında itkilər olmasın deyə Suriya ordusu artilleriya və aviasiyadan istifadə etməmişdir.
Əməliyyatı həyata keçirmək üçün Rusiya instruktorlarının hazırladığı xüsusi təyinatlılardan ibarət “İŞİD ovçuları” adlı batalyon adaya gətirilmişdir. “İŞİD ovçuları” adanın mərkəzi və cənubi hissəsində terrorçuların müqavimətini mətinliklə qırmışlar. Terrorçuların gecə qayıqlarla adadan qaçmaq cəhdinin qarşısı pulemtot atəşi ilə alınmışdır.
Havicə Kate adası terrorçulardan tam təmizlənmişdir.




Комментариев нет:

Отправить комментарий