Страницы

15.11.2017

Yürüşə qatılmış Rusiyalı siyasətçi: Ərbəin məni sarsıtdı və heyran qoydu

Bu il 10-a yaxın Rusiya ictimai-siyasi xadimi Kərbəlada şəhid olmuş İmam Hüseyn (ə) və 72 tərəfdarının yad edilməsi münasibətilə keçirilən Ərbəin yürüşündə iştirak etmişlər. Onlardan biri də tanınmış Rusiya siyasətçisi Vyaçeslav Matuzovdur.
Vyaçeslav Matuzov 1941-ci ildə anadan olmuşdur. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Uzun illər SSRİ və RF-in ABŞ-dakı səfirliyinin müşaviri, RF-in Livandakı səfirliyinin birinci katibi işləmişdir. Rusiyanın Ərəb Ölkələri ilə Dostluq və İşgüzar Əməkdaşlıq Cəmiyyətinin prezidenti, Liviya və Suriya Xalqları ilə Həmrəylik Komitəsinin üzvüdür.
Siyasətçi avrasiya.info saytına bunları demişdir: “Demonstrantların sayı 20 milyonu keçirdi. Bu izdihamlı yürüş insanı ruqqətə gətirirdi. Yürüş möhtəşəm təşkil olunmuşdu, insanların komfortu üçün çox şey edilmişdi. Ərbəin yürüşü şəxsən məni sarsıtdı və heyran qoydu”.
Vyaçeslav Matuzov Ərbəin yürüşünə qatılma səbəbi kimi özünün şiəliyə münasibətini göstərmişdir: “O mövqedən çıxış edirəm ki, amerikanlar və israillilər şiəliyə qarşı siyasi intriqalar aparmaqdadırlar. Bu gün onların Yaxın Şərqdəki əsas fəaliyyəti şiəliyə qarşı yönəlmişdir. Səudiyyə Ərəbistanını İran, Suriya və Livanla toqquşdurmaq istəyirlər. 11 sentyabrdan sonra amerikanlar İslam dünyasını məhv etmək üçün İŞİD-i yaratdılar. Amma şiələrin əzmi sayəsində amerikanlar Suriya və İraqda məğlub oldular”.
Siyasətçi Hizbullah təşkilatı barədə də maraqlı fikirlər dilə gətirmişdir: “Hizbullah- Livanda leqal, tanınmış siyasi partiya və hərəkatdır. Mən hələ 80-ci illərdən gözəl bilirəm ki, bu təşkilat 1982-ci ildə İsrailin Livana işğalçı təcavüzü nəticəsində meydana çıxdı. İsraillilər və amerikanların Hizbullaha “terror təşkilatı” yarlıkı yapışdırmaq cəhdlərinin heç bir əsası yoxdur”.
Matuzov avrasiya.info saytına bildirmişdir ki, Ərbəində ölkəmizin bayrağı ilə iştirak edən Azərbaycan qadınları ilə rastlaşmış və onlarla xeyli söhbət etmişdir. Yürüşdə iştirak edən insanların Rusiya haqqında yüksək fikirləri Matuzovu sevindirmişdir.

Комментариев нет:

Отправить комментарий