Страницы

11.12.2017

16 yanvar 1991-ci ildə Qərb İraqa təcavüz etdi. Bu təcavüzdə NATO aviasiyası mühüm rol oynadı. Ancaq İraq müharibəsində “çoxmillətli qüvvələrin” başına hansı oyunların gəldiyindən dünya ictimaiyyətinin xəbəri olmadı. İraq hərbi komandanlığının bacarıqsızlığı və passivliyi ucbatından NATO təyyarələri ilə döyüşlərdə ölkənin cəmi 25 təyyarəsinin iştirak etməsinə baxmayaraq, yenə də hava döyüşlərinin nəticələri koalisiya qüvvələrinin xeyrinə olmadı. Həmin 25 təyyarənin içindən Miq-29 və Miq-25 təyyarələri hava döyüşlərində hərəsinə 2-3 NATO təyyarəsi məhv etmişdilər. Hətta döyüşlərin birində İraqın köhnə Miq-23 təyyarəsi ABŞ-ın 2 “Xornet”, digər döyüşdə isə İngiltərənin 1 “Tornado” təyyarəsini vurub salmışdı. Başqa hava döyüşündə Miq-29 təyyarəsi ABŞ-ın F-15 hücumçu təyyarələrindən 2-sini məhv etdi; məğlubiyyətin əsas səbəbi bu idi ki, F-15 təyyarələri Miq-29 qədər hündürlüyə qalxa bilmirdilər. Bu müharibədə xüsusən ABŞ-ın F-16 təyyarələri özlərini biabırçı vəziyyətdə göstərdilər; hava döyüşlərində F-16-lar bircə dənə də olsun İraq təyyarəsi vura bilmədikləri halda, onlardan 20-si İraq aviasiyası tərəfindən vurulub salınmışdı. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий