Страницы

14.12.2017

Amerikanlar “Apaç” vertolyotunun zirehini ağızdolusu tərifləsələr də praktikada tam əksini görürük. İraq və Əfqanıstanda “Apaç” nəinki pulemyot, hətta adi avtomat atəşindən dəfələrlə deşilmişdir və bu hallar sənədli şəkildə qeydə alınmışdır. 1999-cu ildə NATO-nun Yuqoslaviyada keçirdiyi hərbi əməliyyatları gedişində ABŞ-ın “Apaç” eskadrilyası Albaniyaya gətirildi. Albaniya ərazisində təlim-məşq uçuşları zamanı 2 “Apaç” nasazlıqdan yerə düşüb partladı. Serb aviasiyasının Rinas aviabazasına atdığı raket nəticəsində isə onlarla “Apaç” vertolyotu deşik-deşik oldu. Beləcə bu vertolyotlar NATO-nun Yuqoslaviyadakı əməliyyatlarında iştirak edə bilmədilər. 24 martda 2003-cü ildə “Apaç” eskadrilyası İraq ordusu qvardiyasına qarşı döyüşə göndərildi. Veryolyotlardan 1-i nasazlıq üzündən elə göyə qalxarkən yerə düşüb partladı. Döyüşə girən 33 vertolyotdan 30-u müxtəlif dərəcəli zədələr aldılar, onlardan cəmi 7-si yenidən uça bildi. Maraqlıdır ki, həmin döyüşdə bu qədər itkilərə rəğmən “Apaç”lar cəmi 12 İraq tankı vura bilmişdilər. Elə həmin döyüşdə “Apaç”ın Kalaşnikov avtomatının gülləsindən deşilməsi halı da qeydə alındı.
(İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий