Страницы

27.12.2017

Azərbaycanda nə baş verir?

"Nardaran işi-2"-nin məhkəmə iclasında ittiham olunanlarından İsa Lənkərani dedi: "Bizi Banotdeldə vahhabilərə döydürürdülər".
2011-ci ildə Evrovisionda proqramlaşdırılmış geyparada etiraz edən inanclı jurnalist Nicat Əliyev isə İsrail rejiminin səfirliyinə aparılıb orada saatlarla dindirilmişdi.
İsa Lənkərani gənc ilahiyyatçıdır. Onun ən böyük cinayəti Aşura mərasiminin keçirilməsində yardımçı olmasıdır. Belə insana terrorçu vahhabilər tərəfindən Banotdeldə işgəncə verilməsi Nardaran hadisəsinin pərdəarxasını və hansı ölkələrin sifarişi ilə baş tutduğunu göstərir.
Nardaran və Lənkəranda 100 minlərlə insanın iştiraki ilə keçirilən İmam Hüseyn matəmi yalnız İsrail rejimi və vahhabi Səudiyə krallığının narahatçılığına səbəb olurdu.
Məhz buna görə Nardaran, Lənkəran, Gəncə hədəfə alınır və yezidsifət məmurlar məlum səfirliklərin sifarişini yerinə yetirirlər. Mömin insanlar Nardaranda şəhid edilir və iki inanclı polis məhz dindarları terrorçu qələmə vermək niyyəti ilə amansızcasına öz həmkarları tərəfindən qətlə yetirilir. Nəticədə 100 nəfərdən çox inanclı insan Nardaran, Gəncə və Lənkəranda günahsız yerə həbs edilir.
Azərbaycan dövləti öz müstəqilliyini nümayiş etdirmək istəyirsə, məlum səfirliklərə muzdurluq edən məmurların vasitəsi ilə günahsiz yerə həbs edilən insanları azad etməlidir.

Комментариев нет:

Отправить комментарий