Страницы

17.12.2017

"Broker" Əbülfəz Məlikov həbs olundu? - BÜTÜN DAYAQLARINI İTİRDİ

"Trans Broker" MMC-nin sahibi Əbülfəz Məlikov hakimiyyətdəki bütün dayaqlarını itirib. Bu barədə AFN-ə məlumat verən mənbənin sözlərinə görə, artıq Ə.Məlikovun Prezident Administrasiyasındakı havadarı da onun arxasından çəkilib: "Məlum MTN olaylarından sonra da eyni durum yaranmışdı, Məlikov ortada tək qalmışdı. Səbəb də MTN "çetesi" ilə əlaqələri idi. Lakin o vəziyyətdən çıxan MMC rəhbəri bu dəfə çırpına-çırpına qalıb. Həm də bu dəfə səbəb birbaşa ölkə rəhbərliyinin nüfuzuna yönəlik təxribat cəhdidir".
Qeyd edək ki, Ə.Məlikovun rəhbərlik etdiyi "Trans Broker" MMC 2006-cı ildə fəaliyyətə başlayıb. "Trans Broker" MMC Gömrük Məcəlləsinin 22 maddəsinə əsaslanaraq yaradılıb. Məcəllədə göstərilir ki, broker xidməti malların, nəqliyyat vasitələrinin gətirilməsi, tranizitin həyata keçirilməsi və gömrükdə təmsilçiliklə bağlıdır. Təmsilçilik üçün isə sahibkarla müqavilə bağlanmalıdır. Ancaq "Trans Broker" MMC səlahiyyət həddini aşaraq sahibkarları belə müqavilələr bağlamağa və gətirdiyi maldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60-70%-ni əvvəlcədən onlara verməyə məcbur edirdi.
Az sonra isə "Trans Broker" MMC alternativ gömrük xidmətinə çevrilir. Məsələn, brokerlər gömrüyə daxil olmayana qədər, heç kəsin yük maşınlarını açmaq səlahiyyəti olmayıb. Bu hal 2015-ci ilin sonunacan davam edib. Müqayisə üçün deyək ki, cəmi gömrük sisteminin 2700 nəfər əməkdaşı varsa, "Trans Broker" MMC-nin 5 min işçisi olub. Bununla yanaşı, gömrük rəhbərliyinin təzyiqi ilə 2013-cü ildə Ə.Məlikov MTN-lə əlaqələrini nisbətən məhdudlaşdırıb. Bundan qəzəblənən Çovdarov 2013-cü ilin sentyabrında MTN-in İstintaq İdarəsinə qaçaqmalçılıq faktına görə cinayət işinin açılmasına göstəriş verib. Ardınca 100-lərlə sahibkar MTN-in İstintaq İdarəsinə çağrılıb və onlardan Ə.Məlikovun əleyhinə ifadələr alınıb. Nəhayət Ə.Məlikovun özünü də "sağ əli” sayılan qurumun Şamil adlı əməkdaşı ilə birlikdə MTN-ə gətiriblər. O İstintaq İdarəsində dindirilib. Sonda Ə.Məlikov tam şəkildə sındırılıb və birbaşa Çovdarovun himayəsinə keçib.
Bu əməliyyatdan sonra Çovdarov-Məlikovun sıx əməkdaşlığı 2015-ci ilin okyabrındakı məlum hadisələrə qədər davam edib. Çovdarovun həbsindən sonra Ə.Məlikov dərhal Bakını tərk edərək Moskvaya qaçır. 2015-ci ilin sonunda isə gömrükdə monopoliya sistemi ləğv edilir. Elə bundan sonra Ə.Məlikov statusunu bərpa etmək, gömrükdə ağalıq etmək, ən nəhayət yuxarılara doğru irəliləmək üçün fəaliyyətə başlayır. Yuxarıda qeyd etdiyimiz təxribat isə bu fəaliyyətin tərkib hissəsidir. Mənbəmiz oktyabrda kərə yağının birdən-birə bahalaşmasını xatırladır. Qeyd edir ki, ilk günlərdə Dövlət Gömrük Komitəsinin də əsaslandırmağa çətinlik çəkdiyi bu bahalaşma məhz Məlikovun "başının altından" çıxıb: "Fikir verdinizsə, ondan sonra Əbülfəz Məlikovun media ilə bağlı fəaliyyəti gündəmə gəldi, hətta onu dəstəkləyən media adamları geri çəkildilər, haqqında yazılmağa başlandı. Yəni görünən odur ki, hamı Əbülfəz Məlikovun şəxsi maraqlar naminə ölkənin, ölkə rəhbərliyinin nüfuzunu, imicini ayaqlamağa hazır şəxs olduğunu anlayıb. Hətta bizdə olan məlumata görə, bir sıra KİV-ləri öz tərəfinə çəkmək üçün ciddi danışıqlar aparılır. Bu insan məmur olmaq üçün hər addımı atmağa hazırdır. Məqsədi Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutmaqdır, lakin komitənin sədri Aydın Əliyevlə münasibətləri yaxşı deyil deyə buna nail ola bilmir. Əvəzində bazarda bir ucu gömrüyə gedib çıxan ajiotaj yaratmağa cəhdlər edir və bunu bacarır. Son günlər strateji məhsul olan kərə yağının qiymətindəki sabitləşmə, hətta bir qədər ucuzlaşma Əbülfəz Məlikovun mesajı kimi qəbul edilir. Yəni mən istəyəndə bahalaşdırır, istəyəndə ucuzlaşdırıram. Administrasiyadakı havadar da məhz onun bu addımına görə arxasından çəkilib. Hazırda MMC rəhbəri ortalıqda müdafiəsiz qalıb. Bəzi məlumatlara görə, daxili bazarda ciddi pay sahibi olan avtomobil ehtiyat hissələrinin ölkəyə gətirilməsi də onun nəzarətindədir və adıçəkilən istiqamətdə də müəyyən proseslərin olacağı proqnozlaşdırılır. Bir sözlə, Əbülfəz Məlikov hazırda ölmü-dirim savaşındadır. O, ya qalib gəlib vəzifə alacaq, ya da həbsə atılacaq. Hələ ki, kluarlarda ikinci variant haqda daha çox danışılır".
Qeyd edək ki, bu yaxınlarda Məlikovun adamlarından birinin həbsi haqda məlumat yayılmışdı.

icmal.az

Комментариев нет:

Отправить комментарий