Страницы

10.12.2017

Bürhan Heşməti:
-Ötən illərdə internet şəbəkələrində bir video material paylaşılıb. Bu materialda Azərbaycan hərbi qüvvələrinin Qarabağ savaşında İran hərbçiləri tərəfindən təlimi görüntülənir. Bu mövzuda başqa sənədlər də var. Əslində separatçı ermənilərə sionist rejim hərbi kömək göstərib. Müharibə gedişində ermənilərdən götürülən silahlar İsrailin ermənilərə silah yardımını təsdiqləyir. Bakı isə Tehranın sükutundan sui-istifadə edir, İranı borclu çıxarır. İnformasiya şəbəkələri Azərbaycan Respublikasının İrana qarşı haqsız ittihamlarını ifşa etməli, İrana qarşı haqsızlıqları işıqlandırmalıdır. Əslində bu addım ifşa yox, həqiqətin işıqlandırılmasıdır. Əlimizdə bir çox sənədlər var ki, bu günə qədər işıqlandırılmayıb. Bir filmdə Heydər Əliyev deyir ki, Tehranın köməkləri olmasaydı Naxçıvan humanitar faciə ilə üzləşərdi. Bu gün bu etirafın da üzərindən sükutla keçirik. İranın Qarabağ müharibəsində Ermənistana yardım göstərməsi böhtanı iki dövlət arasında narazılıq yaratmaqla yanaşı Azərbaycan xalqında İrana qarşı mənfi münasibət formalaşdırıb. Azərbaycanda tarix dərsliklərinə nəzər saldıqda görürük ki, İran təcavüzkar, işğalçı, qəsbkar adlandırılır. Belə görünür ki, Azərbaycan dövləti sionist rejimlə əl-ələ verərək təhsilə başlayan uşaqları İrana nifrət ruhunda tərbiyə edir.

Комментариев нет:

Отправить комментарий