Страницы

23.12.2017

Dr. Kərim Siddiqi:
-Əvvəlkiləri nəzərə almasaq belə, ən azından 1965-ci ildən bəri Səudiyyə "Xadimul Amerika" rolu oynadı- Amerikaya xidmət etdi. ABŞ Ordusu Mühəndislər Heyəti 20 milyard dollarlıq hərbi investisiya proqramının Həfr əl-Baten hərbi şəhərində reallaşdırması ilə işə başladı. İraq sərhədi yaxınlığında yerləşən bu hərbi şəhər Səudiyyə hərbi qüvvələrinin sayından çox qüvvə qəbul edə bilər. 1970-ci illərin əvvəllərindən başlayaraq Səudiyyənin müdafiə büdcəsi illik 20 milyard dollara yüksəlib. Bu isə ümumi milli gəlirin 15 faizi deməkdir. 1980-cı illərin ortalarından etibarən neft qiymətlərinin düşməsinə baxmayaraq, bu rəqəm dəyişmədi. Maraqlısı budur ki, 15 ilə kimi müddətdə müdafiəyə 300 milyard dollar xərclənməsinə baxmayaraq, indiki kritik vəziyyətdə Səudiyyə Amerikadan onu qorumasını istəmək məcburiyyətində qaldılar və ya istəmələri əmr edildi. Bu illər ərzində əldə edilən hərbi gücə nə olmuşdu? Hərbi şəhərlər zolağı, xüsusən də Dahran, Damman, kral Xalid hərbi şəhəri çox böyük yollar şəbəkəsi və liman qurğuları yalnız bir məqsəd üçün inşa edilmişdi: Bir təhlükə olarsa, ABŞ qüvvələri tərəfindən istifadə edilmək üçün.

Комментариев нет:

Отправить комментарий