Страницы

23.12.2017

Dr. Kərim Siddiqi:

-Səudiyyə şeyxləri 1802-ci ildə Taif şəhərinə təşkil etdikləri hücumda məscidlərdə olan bütün kişiləri qətlə yetirdilər. Əllərinə keçirdikləri Quran və təfsir nüsxələrini yandırdılar. Eyni şeyləri Məkkə və Mədinədə də etdilər- bir çox İslam əsərlərini məhv etdilər. Onların qəzəbləri xüsusilə səhabə və Əhli-Beytin məzarları (Mədinədə Baqi qəbiristanlığı və İslamın qəbiristanlığı) üzərində toplanmışdı. İngiltərə müstəmləkəçilərinin dəstəyini aldıqlarından onların qarşısını almaq mümkün olmadı. Hazırki Səudiyyə Ərəbistanı dövlətinin banisi Əbdüləziz İbn Səud ingilis agenti idi.1922-ci ildə mart ayının 22-də İcmalar Palatasında Uinston Çörçill Əbdüləziz bin Səudun İngiltərə müstəmləkəçiliyinə xidmətinə görə 20.000 funt-sterlinq nağd ödəməyə əlavə olaraq hər ay 5.000 funt-sterlinq ödəndiyini təsdiq etmişdi. (Səudiyyə Ərəbistanı Tarixinin sənədləri, Cild 1, İbrahim əl-Raşid).

Комментариев нет:

Отправить комментарий