Страницы

16.12.2017

Erməni azərbaycanlı müğənnini qucaqlayıb zülm-zülm ağladı - Sənə qurban olum

İcmal.az xəbər verir ki, bu sözləri "5/5" verilişində qonaq olan xanım müğənni Nüşabə Ələsgərli illər öncəki bir xatirəsini danışarkan deyib.
Əməkdar artist aparıcı Zaur Kamala illərdir gizlətdiyi bir hadisədən danışmaq istədiyini bildirib.
Nüşabə Ələsgərlinin sözügedən açıqlamasını təqdim edirik: "Qazaxıstanda konsertimiz var idi. O konsertdən bir şey danışacam. Üstündən illər keçib, ona görə danışıram. Konsert gedirdi, gördüm ki, bir yaşlı qadın çıxdı səhnəyə. Məni öpüb, qucaqladı. Biz də onunla öpüşüb, qucaqlaşdıq. Nə mahnı oxuyuram oynayıb, ağlayır. Arada düşdüm zala, mən onu orada bir daha qucaqlayıb "Xalqımız gərək bir-birini sevsin. Fərqi yoxdur Qazaxıstanda, Azərbaycanda yaşasın" dedim. Konsert qurtardı, çölə çıxanda gördüm ki, güllərlə məni gözləyir. Dedi "Qızım, sənə qurban olum". Mən də təklif etdim ki, "Xala, gəl də Azərbaycana". Cavab verdi ki, "Mən gələ bilmərəm. Niyəsini soruşanda qayıtdı ki, "Mən Gəncə ermənisiyəm".

Комментариев нет:

Отправить комментарий