Əhməd Kazimi:
-Azərbaycan ilk ölkə idi ki, 2014-cü ilin dekabr ayında onun ərazisindən pilotsuz təyyarə Nətənzə doğru hərəkət etdi. Bu pilotsuz təyyarənin Azərbaycan ərazisindən İran səmasına daxil olduğu müəyyən ediləndə və bu təyyarə vurulanda İranın o vaxtkı müdafiə naziri iki dəfə geniş şəkildə İsrail pilotsuzunun Azərbaycanın Naxçıvan məntəqəsindən Nətənzə doğru hərəkətini təsdiqləyən bəyanat verdi və bununla bağlı sənədlər ortaya qoydu. O zamankı müdafiə naziri general Dehqan 2016-cı il dekabr ayının 28-də Sputnik informasiya mərkəzi ilə söhbətində demişdi: “2 il öncə sionist rejimin pilotsuz təyyarəsi Azərbaycan ərazisindən İran fəzasına daxil olub. Biz o zaman Azərbaycan prezidentinə xəbərdarlıq etmişik ki, İsrail Azərbaycanın təhlükəsizlik sisteminə nüfuz edib”. Mediada getdiyi kimi Azərbaycan Respublikası yeganə ölkədir ki, 2012-ci ildə Tehran tərəfindən rəsmi etiraz notası alıb. Etiraz mətnində Bakıya Hüseyn Cavidan adlı şəxs barədə xəbərdarlıq olunur. İran tərəfi məlumat əldə etmişdi ki, bu adda şəxs İranda nüvə mütəxəssislərinə qarşı terror əməliyyatları planlaşdırıb. O İran təhlükəsizlik xidməti tərəfindən ifşa olunduqdan sonra Azərbaycan Respublikasına sığınıb. Bu adda şəxsə Azərbaycanda siyasi sığınacaq verilməsi Azərbaycanla sionist rejim arasında bu sahədə razılaşma olduğunu göstərir. Bundan əlavə, doktor Əli Məhəmmədini terror edən Məcid Cəmali Fəşi adlı şəxs İran təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub və dindirilən zaman etiraf edib ki, terrorla bağlı təlimat almaq üçün Bakıya səfər edib, Bakıdan İsrailə, işğal olunmuş Fələstin torpaqlarına keçib. Hansı ki onun pasportunda ölkədən çıxış və giriş barədə möhür olmayıb.

Комментариев нет:
Отправить комментарий