Страницы

10.12.2017

Əhməd Kazimi:
-Azərbaycan Respublikasının strateji səhvi İranla din, tarix, mədəniyyət sahəsindəki müştərəklikləri inkar etməsidir. Bunun nəticəsində Azərbaycan üçün güclü sayılacaq nöqtə zəif nöqtəyə çevrilib. Bakı Tehranla məntiq və qarşılıqlı ehtiram əsasında münasibət qurub, təkcə Mərkəzi Asiya və Qafqazda yox, Qərbi Asiya məntəqəsində təsirli ola bilərdi. Tarix göstərir ki, İran öz müttəfiqlərini ağır gündə tək qoymur. İraq və Suriyada terrorizm və təkfirçi vahhabiliyə qarşı İranın fəaliyyətləri bu iddianı təsdiqləyir. Azərbaycan Respublikası isə bu imtiyazdan istifadə etmək əvəzinə güclü bir nöqtəni özü üçün zəif nöqtəyə çevirdi. Azərbaycan Respublikası müstəqillik qazanan gündən bu ölkədə tayfaçı və millətçi cərəyanlar iş başına gəldi. Qərb-yəhudi cəbhəsi eyni təbliğatı apardı. Bu cərəyan Elçibəyin başçılığı altında ifrat millətçilər tərəfindən davam etdirildi. Bakıda siyasi hakimiyyəti ələ keçirdilər, millətçi şüarlar səsləndirdilər.

Комментариев нет:

Отправить комментарий