Страницы

09.12.2017

Əhməd Kazimi:
-Azərbaycanla İsrail arasında ötən illərdə mədəniyyət sahəsində geniş həmkarlıq həyata keçib. Hər il sionist rejimin tövsiyəsi ilə Azərbaycanda musiqi festivalı keçirilir, azdırıcı sərgilər təşkil olunur. Dünyada geylərin müsabiqəsi kimi tanınan “Eurovision” müsabiqəsi sionist rejimin nəzarəti altında Azərbaycanda keçirilən müsabiqələrdəndir. 2011-2012-ci il festivallarından sonra Azərbaycan Respublikası davamlı şəkildə bu müsabiqələrə qatılır. Eurovision müsabiqəsi necə oldu ki, Azərbaycanda keçirildi? 2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində baş tutan Eurovision müsabiqəsində Azərbaycanı təmsil edən Eldar Qasımov (Nigar Camalla birlikdə) qalib gəldi. Bu müsabiqənin qaydalarına əsasən növbəti müsabiqə qalib şəxsin ölkəsində keçirilir. Beləcə Azərbaycan Respublikası növbəti “Eurovision” müsabiqəsinə ev sahibliyi etdi. Sonradan məlum oldu ki, Eldar Qasımov 2007-ci ildə sionist rejimin Azərbaycandakı mədəniyyət mərkəzinin təşkil etdiyi kursun yetirməsidir. Bunu sonradan İsrail Mədəniyyət Mərkəzinin rəhbəri etiraf etdi. Eldar Qasımovun ifa etdiyi ilk mahnı ibri dilində idi və bu mahnı sionistlərin 1967-ci ildə ərəblərlə müharibəsində marş kimi istifadə olunmuşdu. 2010-cu ildə sionist rejimin o zamankı hərb naziri Aviqdor Liberman Bakıya gələndə Eldar Qasımov başqa bir anti-İslam ibri mahnısı ifa etdi.

Комментариев нет:

Отправить комментарий